Avropa Oyunlarına doğru ilk addım

28.04.2015 | 2383 dəfə oxunub

Hollandiyalı idman gimnastı Liek Vevers Bakı 2015 üçün keçirilmiş birinci təsnifat yarışında qələbə qazanıb. Stadium.Az xəbər verir ki, Vevers Amsterdamda keçirilmiş Hollandiyanın idman gimnastika üzrə milli təsnifat mərhələsində 54.883 xal toplayaraq ən yüksək yerə çıxıb. Lisa Top 53.133 xal qazanıb, Selin van Gerner isə 53.034 xala yiyələnib.

Oldenzallı Vevers gimnastika tirində (13.800) və sərbəst hərəkətlərdə (14.033) ən yüksək xal toplayıb. O, müxtəlif hündürlüklü qollar üzərində ikinci, dayaqla tullanmada isə beşinci oldu. Van Qerner müxtəlif hündürlüklü qollarda ən yüksək nəticə göstərdiyi halda, dayaqla tullanmada ən yaxşı nəticəni isə Vevers göstərdi.

Amsterdamdakı idman tədbiri Hollandiyanın Bakı 2015-a göndərəcəyi komandanın iki təsnifat mərhələsindən birincisi idi. İkinci təsnifat mərhələsi aprelin 30-da keçiriləcək. Həmin tədbirdə Vevers Bakı 2015-də Hollandiyanın üç qadın idmançısının seçimi uğrunda van Qerner, Top, Lik Vera van Pol, Maartje Ruiks, Dana de Qrut və Tişa Vollemanla yarışacaq.

Vevers İnstaqram sosial şəbəkəsindəki öz səhifəsində bunları yazıb: "Avropa Oyunlarının təsnifat mərhələsində 1-ci yerə layiq olmaq və ən yüksək xalı qazanmağıma görə (54.883) görə bu nəticədən özümü çox xoşbəxt hiss edirəm, mən bu yarışı həqiqətən də çox sevdim. İndi bu rahat və sevinc dolu andan sonra sabah Cümə axşamı 2-ci kvalifikasiya uğrunda keçiriləcək görüş barədə fikirləşirəm. Bu performansı da yaxşı sərgiləmək vacibdir!"



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail