"Bakı-2015": Məşəl Lənkəranda

29.04.2015 | 3196 dəfə oxunub

Birinci Avropa Oyunlarının məşəli Naxçıvan Muxtar Respublikasından sonra cənub bölgəsinə gətirilib. Stadium.Az "Azərtac"a istinadən xəbər verir ki, bu gün Lənkəran birinci Avropa Oyunlarının məşəl estafetini qəbul edib.

Lənkəran Beynəlxalq Hava Limanında estafet iştirakçılarını rayon rəhbərliyi, idmançılar, gənclər və ictimaiyyət nümayəndələri qarşılayıblar.

Yürüş iştirakçıları əvvəlcə Lənkəran Mərkəzi Stadionundan hərəkət edərək Göyşaban kəndindəki istirahət mərkəzində, Lənkəran şəhərindəki “Mayak” abidə-kompleksində, Haftonu qəsəbəsində çay plantasiyasında olublar.

Lənkəran şəhərindəki Bayraq Meydanından başlanacaq məşəl yürüşü Heydər Əliyev prospekti boyunca 4,8 kilometr məsafədə 12 idmançı tərəfindən davam etdiriləcək.

Axşam saatlarında isə Lənkəran şəhərindəki Heydər Əliyev parkında birinci Avropa Oyunlarının məşəlinin qəbul edilməsi ilə bağlı Alov festivalı keçiriləcək. Festivalda musiqi kollektivləri konsert proqramı ilə çıxış edəcəklər.

“Bakı-2015” ilk Avropa Oyunlarının məşəli 48 günlük səyahəti zamanı 15 şəhər və rayondan keçməklə təxminən 5500 kilometr məsafə qət edəcək. Bu səyahətə 150 yaradıcı komanda, 132 nəqliyyat vasitəsi və 1000-dən çox məşəlçi cəlb olunub. Estafetdə “Bakı-2015”in ulduz elçiləri də iştirak edirlər. Hündürlüyü 66 santimetr olan məşəlin gövdəsi “Bakı-2015” brendində yer alan nar ağacını xatırladır. Alovu qoruyan mis başlıq da nar formasındadır. Başlığın üzərindəki 50 çəyirdək isə Oyunlarda iştirak edən ölkələrin sayını təmsil edir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail