Bu dəfə finişə 3-cü çatdı

30.04.2015 | 2847 dəfə oxunub

Fransada təşkil olunan 7 mərhələli "Le Tour de Bretagne" yarışının aprelin 29-da keçirilən 169 km-lik 5-ci mərhələsi “Synergy Baku” üçün daha bir uğurlu nəticə ilə yadda qalıb.

Stadium.Az xəbər verir ki, komandamızın üzvü Matey Müqerli məsafəni 4 saat, 13 dəqiqə, 4 saniyəyə başa vurub və bununla da finiş xəttini 3-cü keçib.

Xatırladaq ki, Matey Müqerli "Le Tour de Bretagne"ın 2-ci mərhələsində qalibiyyət sevinci yaşamışdı. 4-cü mərhələdə isə Yannis Tamuridis fərqlənərək 2-ci olmuşdu. 5-ci mərhələdə digər velosipedçilərimizin çıxışına gəlincə, Maksim Averin 13-cü, Dennis van Vinden isə 18-ci nəticə göstərib.

5-ci mərhələdəki uğurlu çıxışı Müqerliyə ümumi təsnifatda 5-ci pilləyə yüksəlməyə imkan verib. İndi o liderdən cəmi 24 saniyə geri qalır. Komanda hesabında isə "Synergy Baku" bir pillə irəliləyib və hazırda 22 kollektiv arasında 2-ci yerdədir.

Bu gün keçiriləcək 6-cı mərhələdə iştirakçılar 149 km məsafə qət edəcəklər. Qeyd edək ki, "Le Tour de Bretagne" yarışı "Synergy Baku" üçün mayın 6-10-da keçiriləcək "Tour d’Azerbaïdjan" veloyürüşü öncəsi son sınaq xarakteri daşıyır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail