Güləş qaydalarında köhnə-təzə dəyişiklik

01.05.2015 | 3078 dəfə oxunub

Dünya Güləş Birliyi yunan-Roma güləşi qaydalarında bəzi dəyişikliklər edib. Stadium.Az xəbər verir ki, bu dəyişikliklər qarşıdakı bir neçə ay ərzində keçiriləcək beynəlxalq yarışlarda sınaqdan keçirildikdən sonra qüvvəyə minəcək. Dəyişikliklərə qayda pozuntularına görə cərimələrin artırılması, zonadan kənarlaşdırmaya görə qiymətləndirmənin açıqlanması və məşhur 5 xallıq qiymətləndirmənin bərpa edilməsi daxildir.

Qayda pozuntularına görə edilən dəyişikliklər daha çox diqqəti cəlb edəcək. Belə ki, əgər əvvəllər ayaqla hərəkətlər, başla zərbə və ya parterdə düzgün oturmamağa görə qayda pozan güləşçiyə sadəcə xəbərdarlıq edilirdisə, yeni qaydalara görə artıq rəqibə əlavə 2 xal da veriləcək. Bu cəzalandırma parterdə olarkən "açılmayan" (fəndin icrasına mane olan) güləşçilərə də şamil ediləcək.

Güləşçilərin rəqibi xalçanın kənarına itələyərək xal qazanmağa meyl etməməsi üçün xalçadan kənarlaşdırmaya görə tətbiq olunan cəzalandırma qaydası dəyişdirilmiş və daha da sərtləşdirilmişdir. Belə ki, yeni qaydaya əsasən rəqibi xalçadan itələyərək kənarlaşdırmağa görə güləşçiyə xal verilməyəcək.

Qolların hərəkətindən asılı olmayaraq, beldən tutma fəndinin icrası güləşçiyə əvvəl 1 xal qazandırırdısa, indi 2 xal qazandıracaq. Beldən tutma fəndinin ardıcıl icrasındakı qiymətləndirmə isə əvvəlki qaydada olduğu kimi saxlanılır.

Dünya Güləş Birliyi güləşə marağın və baxımlılığın daha da artırılması məqsədilə rəqibi böyük amplitudalı fəndlə təhlükəli vəziyyətə salan güləşçinin 5 xalla qiymətləndirilməsi qaydasını da bərpa edib.

Xəbərdalığa görə diskvalifikasiyaların baş verməməsi üçün yeni qaydalara əsasən passivliyə görə xəbərdarlıq verilməsi ləğv edilmişdir. Yalnız aşkar şəkildə rəqibin qarşısından qaçmaq, xalçadan kənara qaçmaq və digər bu kimi hallarda xəbərdarlıq veriləcək. İlk qayda pozuntusuna görə şifahi xəbərdarlıq, ikinci dəfə isə artıq güləşçiyə ayaq üstə və ya parterdə davam etmək üçün seçim imkanı veriləcək. Bu seçim yalnız böyüklər yaş qrupuna aiddir. İstənilən passivliyə görə ardıcıl ikinci xəbərdarlıq nəticəsində rəqibə 1 xal verilir və parter vəziyyəti üçün məcburi seçim edilir. Ancaq yeniyetmə və gənclərdə məcburi parter vəziyyəti ləğv edilmişdir. Böyüklər yaş qrupunda isə, parter vəziyyəti ilə bağlı dəyişikliyə 2016-cı ildə keçiriləcək Yay Olimpiya Oyunlarından sonra yenidən baxılacaq.

Yeniyetmə, gənclər və U-23 yaş qrupunda birinci passivliyə görə şifahi xəbərdarlıq, ikinci dəfə rəsmi xəbərdarlıq, üçüncü dəfə isə rəqibə 1 xal verilməsi nəzərdə tutulur. Bundan sonra baş verəcək hər ikinci xəbərdarlıq rəqibə 1  xal verilərək qiymətləndiriləcək. Passivliyə görə edilən xəbərdarlıq və rəqibə xal verilməsi üçün görüş dayandırılmayacaq.

Bu dəyişikliklər 6-11 may 2015-ci il tarixdə Qətərin Doha şəhərində keçiriləcək böyüklər arasında Asiya Çempionatında və 6-8 may 2015-ci il tarixdə Kubanın Havana şəhərində keçiriləcək yeniyetmə və gənclərin Pan-Amerika Çempionatında qüvvəyə minəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail