Azərbaycan kayakçısı Avropa çempionatının finalında!

02.05.2015 | 2819 dəfə oxunub

Çexiyanın Raçitse şəhərində kayak və kanoe üzrə Avropa çempionatı start götürüb. Stadium.Az xəbər verir ki, ilk yarış günündə Azərbaycan təmsilçiləri də mübarizə aparıb.

Onlardan kayak üzrə olimpiya çempionu İnna Osipenko-Radomskaya əsas finala (Final A) vəsiqə qazanıb. Osipenko-Radomskayanın qadınlar arasında 1 nəfərlik qayıqla (K-1) 500 metr məsafəyə seçmə yürüşdə ilk rəqibləri Zoya Manayeva (Moldova), İrene Burqo (İtaliya), Rebeka Saymon (Böyük Britaniya), Flora Nagi (Macarıstan), Yelena Teryoxova (Rusiya), Svetlana Rımkeviç (Ukrayna), Volqa Xudjenko (Belarus), Mira Larsen (Norveç) olub. Finişə 1 dəqiqə 55,708 saniyəyə çatan kayakçımız yalnız Xudjenkodan 3,076 saniyə geri qalaraq, ikinci yeri tutub. Nəticədə belaruslu idmançı birbaşa əsas finala yüksəlib. Osipenko-Radomskaya Teryoxova (01:55.752), Saymon (01:56.528), Rımkeviç (01:56.660), Larsen (01:56.788) və Burqo (01:57.088) ilə birgə yarımfinala çıxıb. Nagi (01:57.304) və Manayeva (02:01.652) mübarizəni dayandırıb.

 Növbəti mərhələdə isə kayakçımız finişə 1 dəqiqə 52,108 saniyəyə çataraq, serbiyalı Nikolina Moldovan (01:50.820) və italiyalı İrene Burqo (01:51.908) ilə birgə əsas finala yüksəlib. Böyük britaniyalı Rebeka Saymon (01:52.128), rumıniyalı Florentina Kaminesku (01:52.808), irlandiyalı Jenni Eqan (01:55.076), danimarkalı Maya Rosenkrands (01:57.164) və sloveniyalı Anja Osterman (01:57.916) 10 - 18-ci yerlər uğrunda mübarizəyə imkan verən B finalına çıxıb. türkiyəli Elizabet Bates (01:59.320) isə mübarizəni dayandırıb.

 Həlledici mərhələ yürüşü mayın 3-də Bakı vaxtı ilə saat 12:05-də olacaq. Osipenko-Radomskaya medallar uğrunda Svetlana Rımkeviç (Ukrayna), İrene Burqo (İtaliya), Sara Quyo (Fransa), Frantsiska Veber (Almaniya), Volqa Xudjenko (Belarus), Yevelina Vojnarovska (Polşa), Nikolina Moldovan (Serbiya) və Tereza Portela (Portuqaliya) ilə mübarizə aparacaq.

 1 nəfərlik kanoe qayığı (C-1) ilə 1000 metr məsafəyə yürüşdə Anatoli Melnik start xəttinə çıxıb. Onun rəqibləri Ceyms Stayan (Böyük Britaniya), Sergiu Cratsyun (İtaliya), Kristof Sabo (Macarıstan), Martin Fuksa (Çexiya) və Straxinya Mladejiç (Serbiya) olub. Melnik finişə 4 dəqiqə 15,920 saniyəyə çataraq 5-ci yeri tutub. Nəticədə təmsilçimiz yarımfinala vəsiqə qazanıb. Lakin bu mərhələdə Melnik finişə 21.348 saniyəyə çatsa da, diskvalifikasiya edilib. Nəticədə o, polşalı Tomaş Kaçor (03:51.180), belaruslu Maksim Petrov (03:51.672), italiyalı Sergiu Krasyun (03:54.572), fransalı Matyö Qubel (03:56.396), latviyalı Daqnis İlyin (04.00.956), estoniyalı Yusep Karlson (04:11.552) və türkiyəli Kərim Tənhaya (04:23.068) uduzaraq, mübarizəni dayandırıb. İlk 3 yerin sahibləri əsas finala (Final A), qalanları isə 10 - 18-ci yerlər uğrunda mübarizəyə imkan verən B finalına çıb.

 Melnik 1 nəfərlik kanoe qayığı (C-1) ilə 500 metr məsafəyə yürüşdə də çıxış edib. O, 1 dəqiqə 56.916 saniyə nəticə ilə 9-cu yeri tutaraq, mübarizəni dayandırıb. Çexiyalı Martin Fuksa (01:49.364), rusiyalı Mixail Pavlov (01:50.892) və ukraynalı Pavel Altuxov (01:50.964) birbaşa əsas finala, litvalı Henrikas Justautas (01:53.084), fransalı Romen Bönyo (01:53.196), slovakiyalı Matey Rusnak (01:54.500) və italiyalı Nikolae Kratsyun (01:54.660) və rumıniyalı Kondrat Petre (01:56.132 yarımfinala yüksəlib.

 2 nəfərlik kanoe qayığı (C-2) ilə 1000 metr məsafəyə yürüşdə Sergey Bezuqlıy - Aleksey Kupin duetinin rəqibləri Matyö Bönyo - Adrian Bart (Fransa), Yaroslav Radon Filip Dvoryak (Çexiya), Aleksey Korovaşkov - İlya Pervuxin (Rusiya), Andrey Baqdanoviç - Aleksandr Baqdanoviç (Belarus), Dmitri Yançuk - Taras Mişçik (Ukrayna) və vaxtilə Azərbaycan yığmasında çıxış etmiş Nikolay Matviyçuk - Adnan Əliyev (Türkiyə) dueti olub. Duetimiz 3 dəqiqə 53,740 saniyə nəticə ilə 7-ci yeri tutaraq, yarımfinala yüksəlib. Matviyçuk - Əliyev cütlüyü isə daha yaxşı - 3 dəqiqə 36,344 saniyə nəticə ilə 4-cü olub və onlar da növbəti mərhələyə çıxıb. Lakin yarımfinal mərhələsində finişə 3 dəqiqə 41,256 saniyəyə çatan cütlüyümüz 8-ci yeri tutub və əsas finaldan kənarda qalıb. Onlar yalnız moldovalı Sergey Tarnovski - İlye Oprya (04:29.628) duetini qabaqlaya biliblər. Fransalı Matyö Bönyo - Adrian Bart (03:34.524), polşalı Pyotr Kuleta - Martsin Qrjıbovski (03:36.144) və macarıstanlı Pal Sarudi - Kristofer Forqo (03:36.256) duetləri birbaşa əsas finala (Final A) yüksəliblər. İspaniyalı Manuel Kampos - Dieqo Romero (03:38.684), türkiyəli Nikolay Matviyçuk - Adnan Əliyev (03:38.744), belaruslu Andrey Baqdanoviç - Aleksandr Baqdanoviç (03:40.636) və portuqaliyalı Bruno Afonso - Nunu Silva (03:40.904) cütlükləri isə mübarizəni dayandırıb.

 Mirnazim Cavadov isə 1 nəfərlik kayak qayığı (K-1) ilə seçmə yürüşdə 1 dəqiqə 42,836 saniyə nəticə ilə 2-ci yeri tutaraq, yalnız birbaşa əsas finala yüksələn hollandiyalı Bram Brandjesdən 1,440 saniyə geri qalıb. Cavadov arxada qoyduğu isveçrəli Ştefan Domeysen (01:46.676), fransalı Siriy Kar (01:47.224), serbiyalı Deyan Pajiç (01:50.140) və rusiyalı Dmitri Yekimov (01:51.480) ilə birgə yarımfinala yüksəlib. Növbəti mərhələdə ispaniyalı Roy Rodriges (01:39.680), fransalı Siriy Kar (01:40.340) və macarıstanlı Mark Bardfalvi (01:41.280) ilk 3 yeri tutaraq, birbaşa əsas finala (Final A) yüksəlib. Cavadov isə finişə 1 dəqiqə 43,820 saniyəyə çataraq, xorvatiyalı Antun Novakoviç (01:41.320), türkiyəli Qabor Bojik (01:42.152) və finlandiyalı Ditrix Miika (01:49.208) ilə birgə mübarizəni 10 - 18-ci yerlər uğrunda mübarizəyə imkan verən B finalında davam etdirəcək. Onların rəqibləri digər yarımfinalda 4 - 8-ci yerləri tutmuş Konstantin Mironesku (Rumıniya), Dmitri Yekimov (Rusiya), Pyotr Semyonovski (Polşa), Andreas Diamantis (Kipr) və Ştefan Domeysen (İsveçrə) olacaq. Yürüş 3 may saat 11:46-da baş tutacaq. Ukraynalı İqor Trunov (01:52.492) isə yarımfinalda sonuncu yeri tutaraq, mübarizəni dayandırıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail