Avropa çempionatında daha 3 start

02.05.2015 | 2967 dəfə oxunub

Çexiyanın Raçitse şəhərində kayak və kanoe üzrə Avropa çempionatı davam edir. Stadium.Az xəbər verir ki, ikinci yarış günündə Azərbaycan təmsilçilərindən ilk olaraq, mübarizəyə kayakçı İnna Osipenko-Radomskaya başlayacaq.

Bakı vaxtı ilə saat 16:05-də start xəttinə çıxacaq olimpiya çempionunun 1 nəfərlik qayıqla (K-1) 200 metr məsafəyə yürüşdə rəqibləri Eef Haaze (Hollandiya), Nadejda Lyapeşka (Belarus), Linnea Stensils (İsveç), Fora Luç (Macarıstan), Kristina Petraçça (İtaliya) və Mixaela Fasnerova (Çexiya) olacaq.

Saat 16:20-də kanoeçi Nikita Sablin mübarizəyə başlayacaq. O, 1 nəfərlik qayıqla (C-1) 200 metr məsafəyə yürüşdə qüvvəsini sınayacaq. Sablinin rəqibləri Nikolae Kratsyun (İtaliya), Martin Fuksa (Çexiya), Azərbaycan millisinin sabiq üzvü, hazırda Rusiya yığmasında çıxış edən Andrey Kraytor, Adam Fekete (Macarıstan), Viktor Qlazunov (Polşa) və Kərim Tənha (Türkiyə) olacaq.

Saat 16:40-da Mirnazim Cavadov 1 nəfərlik kayak (K-1) qayığı ilə 200 metr məsafəyə yürüşə başlayacaq. Onun rəqibləri George Sadovnik (Moldova), Petter Menninq (İsveç), Kristian Rives (Böyük Britaniya), Aleksey Rumyantsev (Latviya), Tom Brennan (İrlandiya) və Andreas Diamantis (Kipr) olacaq.

Hər 3 yürüşün qalibi birbaşa əsas finala (Final A), 2 - 7-ci yerləri tutanlar yarımfinala yüksələcəklər.

İlk yarış günündə İnna Osipenko-Radomskaya 1 nəfərlik kayak (K-1) qayığı ilə 500 metr məsafəyə yürüşdə əsas finala yüksəlib. Həmin yürüş sabah keçiriləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail