"Bu turnir ənənəvi xarakter daşıyacaq" - MÜSAHİBƏ

05.05.2015 | 1841 dəfə oxunub

“Shamkir Chess 2015” turnirinin Təşkilat Komitəsinin Sədri, “Synergy Group”un İdarə Heyəti sədrinin 1-ci müavini Fəxriyar Cabbarov turnirin rəsmi saytına müsahibə verib. Stadum.Az həmin müsahibəni təqdim edir. 



- Vüqar Həşimovun xatirəsinə həsr olunan “ShamkirChess2015” turniri başa çatdı. Turnirin yekunu barədə nə deyə bilərsiniz?

- Ardıcıl ikinci dəfə keçirilən Vüqar Həşimovun xatirəsinə həsr olunmuş turnir tarixə çevrildi. Şahmat həvəskarları 10 gün ərzində Şəmkirdə bir-birindən maraqlı partiyalar izlədilər. Turnirə maraq gözləniləndən çox oldu. Bizi sevindirir ki, bu günlər ərzində yarışın işıqlandırılması sərhədlər tanımadı. İngiltərə, Fransa, İtaliya, Hindistan, Rusiya, Türkiyə televiziya kanalları turnirdən reportaj hazırlayaraq yüksək şəkildə işıqlandırdı. Eyni zamanda, müxtəlif xarici və yerli qəzet və saytlar turniri diqqət mərkəzində saxladı. Hər gün çoxlu sayda gənclər məşhur şahmatçıları izləmək üçün Şəmkirdəki Heydər Əliyev mərkəzinə gəldi. Bütün sadalanan amillər bizi sevindirir. “ShamkirChess2015” turnirinə olan maraq Azərbaycanın istənilən idman yarışını yüksək səviyyədə keçirməyə qadir olduğunu növbəti dəfə nümayiş etdirdi. Şəmkirdəki xarici qonaqlar da super turnirin təşkilatçılığını yüksək qiymətləndirdi. Bu o deməkdir ki, biz öz istəyimizə nail olduq.

- Şahmatçılar, eləcə də mütəxəssislər turnirin təşkilatçılığını yüksək qiymətləndirdi. Maraqlıdır, təşkilatçılar “ShamkirChess2015” keçirmək üçün hansı çətinliklərlə üzləşib?

- Ötən il ilk dəfə şahmat üzrə super turnir keçirdiyimiz zaman müəyyən çətinliklər olurdu. Amma bu dəfə müəyyən mənada təcrübəmiz var idi. Heç bir çətinlik olmadı. Yarışın keçirilməsi üçün “Synergy Group” tərəfindən yaradılan peşəkar komanda mükəmməl çalışdı. Məşhur şahmatçılar, onların məşqçilərinin ölkəmizdən məmnun ayrılması bizi çox sevindirir. Eyni zamanda, digər mötəbər beynəlxalq şahmat turnirlərinin direktorları da bu tədbirdə qonaq qismində iştirak edirdilər. Onlar da bu turnirin yüksək peşəkarlıqla keçirildiyini bildirdilər. 10 gün ərzində biz Azərbaycanı, eləcə də Şəmkiri, dünyanın şahmat üzrə mərkəzinə çevirdik. Bildiyiniz kimi turnir canlı olaraq bizim rəsmi səhifədə (www.shamkirchess.az) göstərilirdi. Dünyanın hər bir yerindən kifayət qədər çox şahmat sevən canlı olaraq oyunlarını izlədi. Turnirin 3 dildə şərh olunması (Azərbaycan, Rus, İngilis) isə daha geniş auditoriyanı cəlb etməyə köməklik etdi. Eyni zamanda, texniki imkanlarımızı nəzərə alaraq turnir canlı olaraq digər şahmat saytlarında göstərilirdi və şahmat sevərlər üçün oyunların müzakirəsinə xüsusi forumlar yaradıldı. Bura chessbomb, chessbase, chess24 və s saytlarını qeyd etmək olar. Sevindirici haldır ki, qeyd etdiyimiz saytlar super-turniri canlı olaraq öz səhifələrində yayımlamaqla biz daha geniş auditoriyaya çıxa bildik.



- Saytın izləyiciləri say baxımından təxminən nə qədər idi?

- Bunu dəqiq demək asan deyil, çünki canlı olaraq bir sıra saytlarda turnir göstərilirdi. Hər bir halda 10 gün ərzində rəsmi sayta 1.4 milyondan artıq şahmatsevərin diqqətini cəlb etdik. Coğrafi baxımdan bölgünü qeyd etsək, sayta sadəcə Azərbaycandan deyil, eyni zamanda on minlərlə insan Norveçdən, ABŞ-dan, Fransadan, Almaniyadan və Rusiyadan, Filippin, Hindistan və digər ölkələrdən şahmat sevərlər daxil olurdu. Digər saytlara nəzər salsaq görərik ki, canlı olaraq bizim turnirə sadəcə chessbomb saytından 3.7 milyon şahmat sevər baxmışdı. Analoji olaraq bu rəqəm digər saytlarda da təxminən eynidir. Bu rəqəmin belə yüksək olması bizim üçün sevindirici haldır ki, super turnir hətta digər saytların köməyi ilə milyonlarla şahmat sevərin diqqətində oldu və bu tədbirin işıqlandırılması daha geniş əhatəni cəlb etdi. ShamkirChess2015-in qonaqları arasında olan bir çox şahmat mütəxəssisləri və təşkilatçılar saytların belə aktiv olmasını və bu qədər çox yüksək nəticə almasını heç gözləmirdilər. Bu bizim üçün təbii ki, sevindirici haldır və bununla biz əminik ki, 10 gün ərzində Azərbaycanı və eləcə də Şəmkiri şahmat üzrə dünyanın mərkəzinə çevirə bildik.



- Ulduz idmançıların hər zaman özəl şərtləri olur. Turnir zamanı belə hadisəylə rastlaşdınız?

- Ötən il ilk dəfə turnir keçirəndə tanınmış qrossmeysterlər Şəmkirə gəlməkdə bir qədər tərəddüd edirdilər. Amma bu il dəvət olunan hər bir şahmatçı böyük məmnunluqla müsbət cavab verdi. Biz ötən il yüksək təşkilatçılıqla bəlli hədəf müəyyənləşdirdik. Bu il də həmin hədəfə nail olduq. Şahmatçıların istəkləri arasında qeyri-adi heç bir şey olmadı.


- Mətbuatda dünya çempionu Maqnus Karlsenin Şəmkirdə aşbazıyla birgə gəldiyi yazılmışdı. Bu sizi təəccübləndirmədi?

- Maqnus Karlsen Şəmkirdə olduğu zaman çoxlarının rəğbətini qazandı. Əvvəlcədən aşbazıyla gəlmək istədiyini bildirdi. Biz də ona yardımçı olduq. Dünya çempionunun tez-tez səfərdə olması komandasına aşbazın cəlb olunmasına səbəb olub. Karlsen özü belə əsaslandırmışdı.

- Turnirin nəticələrinə baxdıqda, Azərbaycan şahmatçılarının iştirakından razısınızmı?

- Şəmkirdə rəqabət çox güclü oldu. Yalnız güclülərin yarışdığı turnirdə iki həmyerlimiz də mübarizə apardı. Sözsüz ki, Rauf Məmmədov üçün bu turnir asan alınmadı. Fikrimcə, Rauf böyük təcrübə qazandı. O, Azərbaycan çempionu kimi turnirə dəvət olunmuşdu. Şəhriyar Məmmədyarovun çıxışını isə normal qiymətləndirirəm. Sabiq dünya çempionu Vladimir Kramniklə partiyadan qələbəylə ayrılmaqla Şəhriyar çoxlarına sevinci bəxş etdi. Şahmatçılarımızın çıxışı normal oldu. Lakin ümid edirik ki, gələcək turnirlərdə daha yüksək nailiyyət qazana biləcəklər.



- Turnir cədvəlində yekun sıralamanın belə olacağını gözləyirdiniz?

- Maqnus Karlsen çox yaxşı oynadı və layiqli olaraq ShamkirChess 2015 turnirinin qalibi oldu. ABŞ təmsilçisi Uesli So ilk 4 turda liderlik keyfiyyətləri göstərdi. Vişvanatan Anand, Uesli So və Fabiano Karuana da çox yaxşı oyun sərgilədi. Karuananın böyük potensialı olduğu hamıya məlumdur. Bu il onun yüksək yerlər tutacağını öncəki müsahibələr zamanı söyləmişdim. Turnirin qalibi olmasa da, açıq və maraqlı mübarizəylə rəğbət qazanıb.



- Gələn il “ShamkirChess” turnirinin keçirilməsi gözlənilirmi?

- “Synergy Group” hər zaman Azərbaycanda idmanın inkişafına diqqət göstərir. Ümid edirik ki, Vüqar Həşimovun xatirəsinə həsr olunan turnir ənənəvi xarakter daşıyacaq. İlin sonunda 2016-cı illə bağlı işlər müzakirə ediləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
"Qarabağ" - APOEL görüşü - biletlər satışda
Son xəbərlər

18.10.2019

16.10.2019

18:19  "Qarabağ" - APOEL görüşü - biletlər satışda

15.10.2019

19:22  Azərbaycan - İsveçrə -HEYƏTLƏR

14:06  "Ronaldo nə deyirdisə, hakim əməl edirdi" - Ukraynalı futbolçu

14:06  Bolqarıstan - İngiltərə görüşündə qalmaqal - oyun iki dəfə dayandırıldı

11:56  Kosovonun qələbəsi VİDEO

14.10.2019

12:03  Uelsdə ciddi itki - millimizlə görüşü buraxacaq

11:47  "Biz üzr istəməli deyilik" - Macar futbolçu

13.10.2019

22:00  Millimiz məğlub oldu - Yenilənib

18:41  Macarıstan - Azərbaycan -HEYƏTLƏR

08:37  İsveçdən darmadağın VİDEO

08:20  İtaliyanın qələbəsi VİDEO

12.10.2019

11.10.2019

01:14  Millimiz darmadağın oldu - Yenilənib

10.10.2019

09.10.2019

22:30  Millimiz Bəhreyni məğlub etdi - Yenilənib

20:09  Bəhreyn - Azərbaycan -HEYƏTLƏR

   
  O Q H M T-f X
1. Neftçi 26 16 7 3 59-19 60  
2. Qarabağ 26 18 6 2 47-22 55  
3. Səbail 26 12 5 9 33-29 41  
4. Qəbələ 26 9 9 8 30-29 36  
5. Sabah 26 7 6 13 20-37 27  
6. Zirə 26 6 7 13 24-39 25  
7. Sumqayıt 26 6 5 15 22-42 23  
8. Keşlə 26 5 5 16 24-41 20  
11.11Sumqayıt ---Keşlə
11.11Qəbələ ---Qarabağ
10.11Səbail ---Sabah
10.11Neftçi ---Zirə
24.11Qarabağ -Sabah
24.11Keşlə -Qəbələ
25.11Zirə -Sumqayıt
25.11Səbail -Neftçi