"Bakı-2015" triatlon üzrə ilk tarixi yarışa ev sahibliyi etdi

05.05.2015 | 2869 dəfə oxunub

İyunun 12-də başlayacaq Birinci Avropa Oyunlarına hazırlıq məqsədilə "Bakı-2015" Bilgəh çimərliyində triatlon idmanı üzrə ilk yarış təşkil olunub. Stadium.Az xəbər verir ki, 13 idmançının mübarizə apardığı yarış "Bakı-2015" və Azərbaycan Triatlon Federasiyasının birgə təşkilatçılığı ilə keçirilib.

Azərbaycan Triatlon Federasiyası 2013-cü ildə, Bakı şəhəri Birinci Avropa Oyunlarının ev sahibi seçiləndən bir neçə ay sonra təsis olunub.

Turnirin təşkili ilə bağlı həm iştirakçılar, həm də Avropa Triatlon Birliyinin (ATB) texniki nümayəndələri müsbət rəy veriblər. ATB-in texniki nümayəndəsi Xorxe Qarsiya bu xüsusda bildirib: “Yarış yüksək səviyyədə keçirildi. Arena isə möhtəşəmdir. Həm əsas yarışlardan əvvəl bununla bağlı bütün detalları sınaqdan keçirmək imkanımız olduğu üçün, həm də nəticədən məmnunuq. Artıq "Bakı-2015" Avropa Oyunları çərçivəsində triatlon yarışlarının keçiriləcəyi günü səbirsizliklə gözləyirik”.

"Bakı-2015"in idman şöbəsinin direktoru Pirs O’Kallaqan bunları əlavə edib: “Triatlon Azərbaycan üçün yeni, lakin inkişaf edən idman növüdür və Avropa Oyunları ərəfəsində bu yarış bizi maraqlandıran bütün məsələlərə dair hazırlığı yoxlamağa, sınaqdan keçirməyə şərait yaratdı. Təchizat və loqistikadan tutmuş nəqliyyata və tibbi yardıma qədər bütün məsələlərə dair hazırlığın plana uyğun aparıldığını qətiyyətlə qeyd edə bilərəm. Bilgəh çimərliyində yarışın keçirilməsi üçün gözəl şərait yaradılmışdı və "Bakı 2015"in ən diqqətçəkən yarışlarından birinin triatlon olacağına əminəm”.

"Bakı-2015" Avropa Oyunlarının triatlon yarışları iyunun 13-14-də Bilgəh çimərliyində təşkil olunacaq. 65-i kişi və bir o qədəri də qadın olmaqla, cəmi 130 idmançı mübarizəyə qoşulacaq. Qadınların mübarizəsi iyunun 13-nə, kişilərin isə iyunun 14-nə nəzərdə tutulub. Qaliblər Birinci Avropa Oyunlarının çempionu adını qazanmaqla yanaşı, təmsil etdiyi milli olimpiya komitəsinin 2016-cı il Rio Yay Olimpiya Oyunlarında iştirakını təmin etmiş olacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail