"Həmin insanlar TRT-nin adından istifadə edirlər"

05.05.2015 | 2962 dəfə oxunub

Dünyanın bir çox yerində maraqla izlənilən Türkiyənin TRT kanalının Bakı ofisi də fəaliyyət göstərir. Qurumun Bakı ofisnə rəhbərlik edən isə TRT-nin Azərbaycan təmsilçisi Yıldıray Arslandır. Bu arada isə məlum olub ki, bəzi insanlar Bakıda bir çox yerlərdə, xüsusən də Premyer Liqada çıxış edən klublarla münasibət yaratmaq üçün şəxsi mənafeləri xatirinə TRT adından istifadə edirlər. Yıldıray bəy Goal.az saytına açıqlamasında konkret adlar çəkməsə də, bu məsələ barəsində aşağıdakıları bildirdi:

"Siz də bilirsiz ki, TRT uzun illərdir,  Azərbaycanda fəaliyyət göstərir. Bu illər ərzində Azərbaycanın media qurumları və dövlət orqanları ilə çox yaxşı münasibətlər qurmuşuq. Bizim əsas məqsədimiz də elə budur. İki dost və qardaş ölkə arasındakı bu münasibətlər heç vaxt axsamadan davam etməlidir. Hər keçən gün ərzində TRT ilə Azərbaycanın media qurumları və dövlət orqanları arasındakı münasibətlər daha da yaxşılaşır. Biz bunları etdiyimiz bir zamanda bəzi insanlar, heç bir əsas olmadan TRT adından şəxsi mənafeləri və işləri üçün istifadə edirlər. TRT-nin Bakı təmsilçisi mənəm. Məndən başqa heç bir şəxs Azərbaycanda hansısa bir qurum və ya şəxslərlə TRT təmsilçisi olaraq əlaqə qura bilməz. Azərbaycandan hansısa xəbərlərin hazırlanaraq Türkiyəyə ötürülməsi, eləcə qurumlarla işbirliyi yaratmaq tamamən TRT Bakı ofisinin ixtiyarındadır. Buranın da rəhbəri mənəm. Kənardan bəzi insanlar gəlir. Onlar nə vaxtsa, TRT üçün pul qarşılığında xəbər hazırlaya bilərlər. Ancaq TRT təmsilçisi deyillər. Kimsə gəlib hansısa komandaya deyir ki, o, guya TRT-nin İtaliya təmsilçisi imiş. Açıq şəkildə deyirəm ki, TRT-nin İtaliyada təmsilçisi yoxdur! Onlar bu addan şəxsi mənafeləri üçün istifadə edirlər. TRT-ni təmsil edəcək heç bir rəsmi sənədləri yoxdur. Azərbaycanda TRT adına iş görmək, söz söyləmək o insanlara aid deyildir. TRT adına rica edirəm ki, Azərbaycan mediası bu məsələdə diqqətli olsun. Həmin insanlar TRT-nin adından istifadə edirlər. Eşitmişəm ki, hansısa bir şəxs TRT adından istifadə edərək, Azərbaycan klubuna futbolçu təklif edib. TRT-də işləyən bir şəxs ancaq TRT üçün çalışa bilər. Bu addan heç bir zaman başqa məqsəd üçün istifadə edə bilməz. Bizim iznimiz olmadan kimsə hansısa şəxslərlə və qurumlarla TRT-nin adından istifadə edirsə, etdiyi hərəkətlətə görə özü məsuliyyət daşıyır. Mənim isə çalışdığım odur ki, kiminsə belə hərəkətlərinə görə TRT ilə hansısa qurumlar arasında bir problem çıxmasın”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

14.07.2020

16:45  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

01:59  "Qranada" - "Real" - 1:2 VİDEO

01:46  "İnter" - "Torino" - 3:1 VİDEO

13.07.2020

12:30  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

02:46  "Napoli" - "Milan" - 2:2 VİDEO

12.07.2020

12:14  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

01:22  "Breşia" - "Roma" - 0:3 VİDEO

11.07.2020

14:03  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

01:58  "Real" - "Alaves" - 2:0 VİDEO

10.07.2020

09.07.2020

08.07.2020

12:44  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

00:54  "Lecce" - "Latsio" - 2:1 VİDEO

   
  O Q H M T-f X
1. Qarabağ 20 13 6 1 34-7 45  
2. Neftçi 20 10 7 3 34-14 37  
3. Keşlə 20 8 6 6 27-21 30  
4. Zirə 20 6 5 9 25-37 23  
5. Sumqayıt 20 6 5 9 24-31 23  
6. Sabah 20 5 6 9 19-27 21  
7. Səbail 20 5 5 10 16-30 20  
8. Qəbələ 20 5 4 11 15-35 19  
21.06Zirə ---Neftçi
21.06Sabah ---Keşlə
21.06Qarabağ ---Qəbələ
21.06Sumqayıt ---Səbail
21.06Qarabağ -Qəbələ
21.06Sumqayıt -Səbail
21.06Zirə -Neftçi
21.06Sabah -Keşlə