"Bakı-2015": Avropa Oyunlarından əvvəl nəqliyyat konfransı

06.05.2015 | 2658 dəfə oxunub

Ötən gün, Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK), tərəfdaş şirkətləri, nazirlikləri və digər müvafiq hökumət qurumlarını iyunun 12-də başlayacaq, Oyunlar zamanı, tətbiq olunacaq nəqliyyat planı ilə yaxından tanış etmək məqsədilə, konfrans təşkil etdi. Stadium.Az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti, Bakı Metropoliteni, Nəqliyyat Nazirliyi, NİİM və Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi ilə birgə təşkil olunan konfrans, BAOƏK-in Bakı şəhərinin nəqliyyat sisteminə məsul qurumlarla əməkdaşlığını inkişaf etdirmək və paytaxt əhalisinin, fəaliyyət göstərən şirkətlərin Oyunlar zamanı tətbiq ediləcək nəqliyyat planı haqqında məlumatlandırılmasını təmin etmək məqsədi daşıyırdı.

Nəqliyyat məsələləri üzrə konfransdan sonra, açıqlama verən BAOƏK-in dövlət qurumları ilə inteqrasiya və nəqliyyat əməliyyatları şöbəsinin müdiri Vüsal Rəcəbli bildirdi: “Bizim məqsədimiz, Oyunlar zamanı nəqliyyat sisteminin təhlükəsiz, rahat və səmərəli hərəkətini, eləcə də, Bakı sakinlərinin rahatlığına, təşkilatların normal fəaliyyətinə təsirin daha az olmasını təmin etmək üçün aidiyyəti nəqliyyat qurumları ilə birgə çalışmaqdır.

Bakının işgüzar dairələrindən aldığımız rəylər bizi məmnun edir və Oyunlar zamanı şəhərdə necə səyahət etmək barədə hər kəsin məlumatlı olduğunu təmin etmək məqsədilə, Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi, NİİM, Bakı Metropoliteni və Nəqliyyat Nazirliyi ilə bundan sonra da əməkdaşlığı davam etdirəcəyimizə ümid edirik.

Dünən, Nəqliyyat Nazirliyi Oyunlara qatılacaq tamaşaçılara müraciət etdi ki, arenalara getmək üçün şəxsi öz şəxsi avtomobilləri əvəzinə, Bakı şəhəri üzrə fəaliyyət göstərəcək təkmilləşdirilmiş ictimai nəqliyyat xidmətindən istifadə etsinlər”.

Bakı Metropoliteni, artan tələbatı təmin etmək üçün hər gün 19 saat - səhər saat 06:00-dan gecə saat 01:00-a qədər xidmət göstərəcək. Onu da qeyd edək ki, yarışlarda iştirak etmək üçün etibarlı bileti olan tamaşaçılar şəxsi avtomobillərini Bakının mərkəzi hissəsində yerləşən 2 avtodayanacaqda 1 AZN ödəməklə saxlaya və oradan yeni, ətraf mühitə zərər vurmayan xüsusi ekspres avtobuslarla yarış arenalarına gedə biləcəklər.

Bu ekspres avtobuslar Oyunların genişləndirilmiş marşrut sistemindən istifadəni mümkün edəcək. Bu sistem, şəhər boyunca, bütün Bakı 2015 arenalarını birləşdirəcək və tamaşaçıların, həmçinin, idmançıların idman arenalarına tez və səmərəli şəkildə çatmasını təmin etmək üçün hazırlanıb.

Bakı 2015 Avropa Oyunları zamanı ən son məlumatları əldə etmək üçün aşağıdakı mənbələrə istinad etməyiniz xahiş olunur:

- Bakı 2015 Tamaşaçı Məlumat Mərkəzi – 2015 nömrəsini yığaraq əlaqə saxlamaq olar.

- Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi və Bakı Şəhər İcra Hakimiyyətinin rəsmi internet səhifələri.

- Radio, internet səhifəsi və rəsmi facebook səhifəsi də daxil olmaqla, NİİM-in əlaqə kanalları.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

14.10.2019

12:03  Uelsdə ciddi itki - millimizlə görüşü buraxacaq

11:47  "Biz üzr istəməli deyilik" - Macar futbolçu

13.10.2019

22:00  Millimiz məğlub oldu - Yenilənib

18:41  Macarıstan - Azərbaycan -HEYƏTLƏR

08:37  İsveçdən darmadağın VİDEO

08:20  İtaliyanın qələbəsi VİDEO

12.10.2019

11.10.2019

01:14  Millimiz darmadağın oldu - Yenilənib

10.10.2019

09.10.2019

22:30  Millimiz Bəhreyni məğlub etdi - Yenilənib

20:09  Bəhreyn - Azərbaycan -HEYƏTLƏR

19:28  Pioli "Milan"da

19:22  Zaur Həşimov "Zirə"də - Rəsmi

10:14  "Araz" üçün şok itki - 4 futzalçıya viza verilmədi

08.10.2019

19:17  "Azərsun arena"da son durum FOTOLENT

07.10.2019

14:09  "Qarabağ" - "Sabah" - FOTOLENT

   
  O Q H M T-f X
1. Neftçi 26 16 7 3 59-19 60  
2. Qarabağ 26 18 6 2 47-22 55  
3. Səbail 26 12 5 9 33-29 41  
4. Qəbələ 26 9 9 8 30-29 36  
5. Sabah 26 7 6 13 20-37 27  
6. Zirə 26 6 7 13 24-39 25  
7. Sumqayıt 26 6 5 15 22-42 23  
8. Keşlə 26 5 5 16 24-41 20  
11.11Sumqayıt ---Keşlə
11.11Qəbələ ---Qarabağ
10.11Səbail ---Sabah
10.11Neftçi ---Zirə
24.11Qarabağ -Sabah
24.11Keşlə -Qəbələ
25.11Zirə -Sumqayıt
25.11Səbail -Neftçi