Taekvandoçularımız Rusiyaya gedir

07.05.2015 | 2925 dəfə oxunub

Mayın 13-də Rusiyanın Çelyabinsk şəhərində taekvondo üzrə böyüklər arasında dünya çempionatına start veriləcək. Stadium.az xəbər verir ki, Azərbaycan Taekvondo Federasiyasından verilən məlumata görə, “Traktor” arenada 5 gün davam edəcək mundialda Azərbaycanı kişi və qadın taekvondoçulardan ibarət 15 idmançı təmsil edəcək.

Kişilərdən ibarət komandanın baş məşqçisi Reza Mehmandoust dünya çempionatında Mikayıl Əliyev (-54 kq), Məhəmməd Məmmədov (-58 kq), Sina Bahrami (-63 kq), Axxan Tağızadə (-68 kq), İlkin Şahbazov (-74 kq), Milad Beigi Harçeqani (-80 kq), Radik İsayev (-87 kq), Əhməd Mohammadiyə (+87 kq) şans verəcək.

Qadınlar isə 7 taekvondoçu ilə təmsil olunacaq. Baş məşqçi Sun Mi Park bu mötəbər yarışda Çeren Özbək (-46 kq), Patimat Abakarova (-49 kq), Lazara Caridad Povea (-53 kq), Günay Ağakişiyeva (-57 kq), Daria Skorko (-62 kq), Fəridə Əzizova (-67 kq) və Marina Tedeevanı (-73 kq) sınaqdan keçirəcək.

Qeyd edək ki, mayın 7-də çempionata yollanacaq Azərbaycan millisi ayın 18-də vətənə dönəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail