Avropa Oyunlarının məşəli Sabirabadda - FOTO

07.05.2015 | 3361 dəfə oxunub

Birinci Avropa Oyunlarının məşəli Saatlı rayonundan sonra mayın 6-da günün ikinci yarısında Sabirabada gətirilib. Stadium.Az xəbər verir ki, şəhərin girişində məşəli minlərlə sakin böyük sevinclə qarşılayıb.

Pankration Federasiyasının prezidenti, peşəkar idmançı Azad Əsgərov birinci Avropa Oyunlarının rəmzi qapısında məşəli qəbul edib.

3,9 kilometr məsafədə məşəli növbə ilə bir-birinə ötürən idmançılar Heydər Əliyev prospekti ilə hərəkət edərək birinci Avropa Oyunlarının alovunu Heydər Əliyev meydanına gətiriblər.

Pəhləvan Amid Babayev Heydər Əliyev meydanında qurulmuş səhnəyə qalxaraq birinci Avropa Oyunlarının məşəlini alovlandırıb.

Sonra məktəbli Nərgiz Əsgərova Avropa Oyunlarının rəmzi çırağını yandıraraq yarışlar başa çatana qədər saxlanılmaq üçün rayondakı Heydər Əliyev Mərkəzinə təhvil verib.

Məşəli qarşılayanlar arasında rayonun Dəngən kənd tam orta məktəbinin müəllimi Əbülfət Məmmədov da var idi. O, Avropa Oyunlarının məşəlini şagirdləri ilə birgə qarşılamasından duyduğu sevinci "Azərtac"ın müxbiri ilə bölüşərək deyib: “Məşəl estafetini sabirabadlılar böyük sevinclə qarşılayırlar. Mənə elə gəlir ki, bu gün tarixi hadisə kimi məktəblilərin yaddaşında həmişə xatırlanacaq. Onların üzündəki sevinc həqiqətən də görülməyə dəyər. Ümumiyyətcə, həmyerlilərimə Avropa Oyunlarının məşəlini layiqincə qarşıladıqlarına görə minnətdaram. Azərbaycan dünyanın ən nüfuzlu idman yarışlarına yüksək səviyyədə ev sahibliyi edir, idmançılarımızın Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında qazandıqları medalların sayı ilbəil artır. Azərbaycan dünyada həm də idman ölkəsi kimi tanınır. O ki qaldı yarışlara, idmançılarımızın hər birinə uğurlar arzulayıram. Əminəm ki, azərbaycanlı idmançılar bu yarışlarda da öz sözlərini deyəcəklər”.

Ə.Məmmədov diqqətə çatdırıb ki, ilk dəfə ölkəmizdə keçiriləcək Avropa Oyunları Azərbaycanda idmanın inkişafına, respublikamızın beynəlxalq aləmdə tanınmasına, mədəniyyətimizin dünyada təbliğinə töhfə verəcək.

Rayon sakini Eldar Əmənov da sevincini paylaşaraq dedi ki, birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi əlamətdar hadisədir: “Bu münasibətlə azərbaycanlı idmansevərləri təbrik edir, idmançılarımıza qələbələr arzulayıram”.

Söhbətə qoşulan rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, əməkdar mədəniyyət işçisi Şükufə Əsgərova ürək sözlərini belə ifadə edib: “Azərbaycan artıq beynəlxalq tədbirlərin ünvanına çevrilib. İlk Avropa Oyunlarının ölkəmizdə keçirilməsi də bu mənada təsadüfi deyil. Bu, ilk növbədə, sürətli sosial-iqtisadi inkişaf, ölkəmizdə əmin-amanlıq, möhkəm ictimai-siyasi sabitliklə sıx bağlıdır. Artıq bu mötəbər idman tədbirinin məşəli ölkəni gəzir, o cümlədən məşəl bizim rayonumuza da səyahət etdi. Hələ də o anların təsiri altındayam. Bütün idmançılara uğurlar arzulayıram. Ancaq bizim idmançılardan daha böyük nəticələr gözləyirəm”.

Birinci Avropa Oyunlarının məşəlinin qarşılanma mərasimindən sonra Sabirabadda möhtəşəm Alov festivalı keçirilub.

Mərasimdə rayonun musiqi kollektivlərinin, respublikanın tanınmış incəsənət ustalarının çıxışları meydana toplaşanlar tərəfindən sürəkli alqışlarla qarşılanıb.

Səhnədə nümayiş etdirilən Alov şousu festival iştirakçılarında xoş ovqat yaradıb.

Festivalda aprelin 26-da Bakıda, Atəşgah məbədində birinci Avropa Oyunları məşəlinin alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirilib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail