Millimizdən uğurlu çıxış

07.05.2015 | 3420 dəfə oxunub

Bugünlərdə Rusiyanın Medin şəhərində universal döyüş üzrə 6-13 yaşlı idmançılar arasında Avropa birinciliyi keçirilib.

Stadium.Az xəbər verir ki, 12 ölkədən 220 idmançının iştirak etdiyi yarışda ölkəmizi universal döyüş üzrə milli komandanın baş məşqçisi Elşən İsmayılovun rəhbərliyi altında 10 idmançı təmsil edib. Təmsilçilərimiz uğurla çıxış edərək vətənə 2 qızıl, 2 gümüş, 4 bürünc medalla dönüblər.

Rahim İsmayılov (24 kq, 8-9 yaş) və Elvin Abdullazadə (50 kq, 12-13 yaş) bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsində yer alıblar. Rahim yarımfinalda Finlandiya, finalda isə Rusiya idmançısına qalib gəlib. Elvin isə bu mərhələlərdə müvafiq olaraq boqarıstanlı və rusiyalı rəqiblərini mübarizədən kənarlaşdırıb.

Komandamızın digər üzvləri Nicat Məmmədov (55 kq) və Nərgiz Cəfərova (40 kq) 12-13 yaşlı idmançılar arasında gümüş medallara sahib çıxıblar. Bu yaş qrupunda daha bir idmançımız, Emin Fətullayev (45 kq)  bürünc medal əldə edib. İsmayıl Məlikov (35 kq, 10-11 yaş), Uğur Əlizədə (40 kq, 10-11 yaş), Aydın Dadaşov (30 kq, 8-9 yaş) bürünc medallara sahib çıxıblar.

Bu, universal döyüşçülərimizin 2015-ci ildə qatıldığı ilk Avropa birinciliyidir.

Aprelin sonunda Ağdamda keçirilən ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş beynəlxalq turnirdə Azərbaycan komandası birinci olmuşdu.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail