"Onunla ayaqlaşmağa çalışırdıq"

06.05.2015 | 1482 dəfə oxunub

“Tour d’Azerbaidjan-2015” veloyürüşünün bu gün keçirilən ikinci mərhələsinin ardından mətbuat konfransı keçirilib. Stadium.Az xəbər verir ki, Bakıdan İsmayıllıya qədər olan 187 km məsafəni ilk “üçlük”də başa vuran idmançılar fikirlərini açıqlayıblar.

Bu mərhələdə əvvəllər də qalib gələn Primoş Roqliç (“Adria Mobil”, Sloveniya) liderliyini sonadək qorumaq əzmində olduğunu qeyd edib: “Yürüşün bugünkü mərhələsi çətin mübarizə şəraitində keçdi. Əsas sonuncu yoxuşda çalışdım ki, var qüvvəmlə işləyim. Məncə, bunu bacardım. Bu qələbənin əhəmiyyəti mənim üçün çox böyükdü. Bu mənim İsmayıllıda 2-ci qələbəmdi. Ötən illə  indiki yarış arasında əsas fərq necə qalib gəlməyimdədi. Həmin vaxt ikinci yoxuşdan sonra rəqibimlə mübarizə aparıb qalib gəldim. Bu dəfə isə sonuncu yoxuşdan sonra komanda yoldaşlarımın hesabına liderliyi ələ aldım və finişə 1-ci çatdım. Özümü xoşbəxt hiss edirəm. Növbəti mərhələlər çətin olsa da, çalışacam ki, köynəkləri özümdə saxlayım”.

“Sinergy Baku”nun sloveniyalı velosipedçisi Matey Muqerli 2-ci yerin də sevindirici olduğunu bildirib: “Çox çətin mərhələ idi. Biz öncə yoxuşlardan istifadə edib, irəli atılmağı planlaşdırmışdıq ki, bu da alındı. Komandamız 3 idmançı ilə əla təqib edirdi. Mərhələnin qalibi olan Roqliç həmyerlimdi. Onunla ayaqlaşmağa çalışırdıq. Komandamızın heyətində yenidən fəxri kürsüdə yer aldığıma sevinirəm. Yarışa çox yaxşı hazırlaşmışıq. Bu yarış bizim üçün xüsusi əhəmiyyət kəsb edir. V mərhələ Bakı-2015-in marşrutu ilə eynidi və bu oyunlarda da qalib gəlmək istəyirik”.

3-cü olan Kristofer Horner (“Airgas-Safeway”, ABŞ) də göstərdiyi nəticədən razı qalıb: “Çox gözəl təbiətə heyran oldum. Azərbaycanın böyük potensialı var. Ölkədə iqtisadi inkişaf buna imkan verir. Gözəl iqliminiz, dağlarınız, meşələriniz, azarkeşləriniz var. Bu səbəbdən də mən “Tour d’Azerbaidjan”in gələcəyini yaxşı görürəm. Liderlər qrupu dəstədən ayrılanda burada 16 velosipedçi var idi. Komanda yoldaşlarımla bir-birimizi dəstəkləyərək ön pillələri qoruduq. İndiki halda bu da yaxşı nəticədi. Çünki cəmi 1 gün istirahət etmişdik”.

Mükafatçıların ardından “Sinergy Bku”nun üzvü Maksim Averin də fikirlərini bölüşüb: “Sprintdə daha güclüyəm. Bu mərhələdə məqsədim irəli atılıb, köynəyi əldə etmək idi. Dağ mərhələsində lider olan idmançıları keçmək mənim üçün çətin idi. Şəxsi nailiyyətim önəmli deyil. Əsas odu ki, komanda yoldaşım 2-ci oldu. Amma hələ yarış davam edir. Mən də ən yaxşı sprinterin daşıdığı köynəyi qorumağa çalışacam”.

Bənövşəyi köynəyin sahibi isə Frantişek Sisr  (“Dukla”, Çexiya) yarışla bağlı fikirlərini açıqlayıb: “Bənövşəyi köynəyə sahib olduğum üçün sevincliyəm. 7-ci yerə yüksəldim. 22 yaşım var və gələcəkdə peşəkar velosipedçi olmaq arzusundayam”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

14.10.2019

12:03  Uelsdə ciddi itki - millimizlə görüşü buraxacaq

11:47  "Biz üzr istəməli deyilik" - Macar futbolçu

13.10.2019

22:00  Millimiz məğlub oldu - Yenilənib

18:41  Macarıstan - Azərbaycan -HEYƏTLƏR

08:37  İsveçdən darmadağın VİDEO

08:20  İtaliyanın qələbəsi VİDEO

12.10.2019

11.10.2019

01:14  Millimiz darmadağın oldu - Yenilənib

10.10.2019

09.10.2019

22:30  Millimiz Bəhreyni məğlub etdi - Yenilənib

20:09  Bəhreyn - Azərbaycan -HEYƏTLƏR

19:28  Pioli "Milan"da

19:22  Zaur Həşimov "Zirə"də - Rəsmi

10:14  "Araz" üçün şok itki - 4 futzalçıya viza verilmədi

08.10.2019

19:17  "Azərsun arena"da son durum FOTOLENT

07.10.2019

14:09  "Qarabağ" - "Sabah" - FOTOLENT

   
  O Q H M T-f X
1. Neftçi 26 16 7 3 59-19 60  
2. Qarabağ 26 18 6 2 47-22 55  
3. Səbail 26 12 5 9 33-29 41  
4. Qəbələ 26 9 9 8 30-29 36  
5. Sabah 26 7 6 13 20-37 27  
6. Zirə 26 6 7 13 24-39 25  
7. Sumqayıt 26 6 5 15 22-42 23  
8. Keşlə 26 5 5 16 24-41 20  
11.11Sumqayıt ---Keşlə
11.11Qəbələ ---Qarabağ
10.11Səbail ---Sabah
10.11Neftçi ---Zirə
24.11Qarabağ -Sabah
24.11Keşlə -Qəbələ
25.11Zirə -Sumqayıt
25.11Səbail -Neftçi