Millimiz 1/4 finalda

08.05.2015 | 3221 dəfə oxunub

Bu gün Bakı Su İdmanı Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar su polosu idman növü üzrə beynəlxalq turnir 1-4-cü yerlər və 5-8-ci yerlər uğrunda yarışlarla davam edəcək. Stadium.Az xəbər verir ki, Azərbaycan yığması İtaliya, Yunanistan və Rusiya yığmaları ilə birgə ilk dördlükdə mübarizə aparacaq.

Olimpiya çempionu olmuş Macarıstan yığması, Asiya çempionu Qazaxıstan, Türkiyə və Gürcüstan yiğmaları isə 5-8-ci yerlər uğrunda yarışacaqlar. Bu məlumatı Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidməti yayıb. Bildiridiyinə görə yarımfinal oyunları mayın 8-də axşam saatlarında Baki Su İdmani Sarayında baş tutacaq. Bakı vaxtı ilə saat 17:30-da İtaliya yığması Rusiya idmançıları ilə qarşılaşacaq. Azərbaycan vaterpolçuları isə saat 18:45-də Yunanıstan millisi ilə güclərini sınayacaqlar.

Sabah may ayının 9-da Bakı vaxtı ilə 11:30-da üçüncü və dördüncü yerlər uğrunda, 12:45 –də turnirin final qarşılaşması baş tutacaq. Oyunlardan dərhal sonra qalıblərin mükafatlandırılması həyata keçiriləcək.

Məlumat üçün bildirək ki, Azərbaycan Üzgüçülük Federasiyasının və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə vaterpol idman növü üzrə beynəlxalq turnir may ayının 6-da start götürüb və 9-na kimi davam edəcək. Turnirin sonunda qalıblər kubok, medal və qiymətli hədiyyələrlə təltif olunacaqlar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail