Bakı Olimpiya Stadionu sınaqdan keçirildi

10.05.2015 | 4757 dəfə oxunub

Birinci Avropa Oyunlarının açılış və bağlanış mərasimlərinin təşkil olunacağı Bakı Olimpiya Stadionunun mayın 9-da hazırlıq vəziyyəti sınaqdan keçirilib.

Stadium.Az xəbər verir ki, sınaq tədbirində çıxış edən gənclər və idman naziri, “Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov Azərbaycan paytaxtının belə mötəbər idman tədbirinə ev sahibliyi etməsini ölkəmizin daha bir böyük uğuru kimi qiymətləndirib. 

Oyunlar zamanı bütün Avropanın diqqətinin Bakıya yönələcəyini vurğulayan nazir bu böyük idman tədbirinin yüksək səviyyədə keçirilməsi üçün Təşkilat Komitəsinin və Əməliyyat Komitəsinin yorulmadan çalışdığını diqqətə çatdırıb. 

Azad Rəhimov hazırlıq işlərində yaxından iştirak edən könüllülərə minnətdarlığını bildirib, belə bir tədbirin təşkilində onların iştirakının həmin gənclərə böyük təcrübə qazandırdığını söyləyib.

Sonra incəsənət ustaları konsert proqramı ilə çıxış ediblər.

Tədbirdə, həmçinin stadiona daxil olan 2015-ci şəxsin açılış mərasiminə ikinəfərlik biletlə mükafatlandırılacağı elan edilib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail