"Neftçi" İK-nun 2 üzvü Almaniyada qalib oldu - FOTOLAR

11.05.2015 | 3315 dəfə oxunub

Almaniyanın Köln şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 92 illiyinə həsr olunan WBCA versiyası üzrə "World" kəməri uğrunda titul döyüşü keçirilib. Stadium.Az xəbər verir ki, "Neftçi İdman Klubu"nun peşəkar boksçusu Rauf Ağayev Belarus nümayəndəsi, çeçen əsilli Xavaci Xatsiqova inamla qalib gələrək qızıl kəmərə sahib olub. 12 raundluq döyüşdə Rauf rəqibini 3-cü raundda nokaut vəziyyətinə salıb. "Neftçi"nin boksçusu 3-cü dəfə kəməri özündə saxlayıb.

"Bu mənim üçün vacib qələbədir. Çünki rəqibim Xatsiqov əvvəlki illərdə boksçularımız Şahin İmranov Və Ağası Məmmədova qalib gəlmişdi. Mən onu nokaut edərək, hər iki boksçumuzun qısasını aldım" - deyə Rauf bildirib. 

Anoloji yarışda "Neftçi İdman Klubu"nun daha bir üzvü uğur əldə edib. K-1 qaydaları ilə peşəkar uşu-sanda yarışında mübarizə aparan Fərid Mayılov qızıl kəməri qazanıb. İdmançımız Belarus atletini 2-ci raundda nokauta salaraq ilk dəfə kəmərə sahib olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail