"Bakı-2015": "Alovqoruyanlar"ın yürüşü təşkil olundu

11.05.2015 | 3756 dəfə oxunub

Bakı-2015 birinci Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) könüllülərlə iş departamenti bu gün Avropa Oyunlarının “Alovqoruyanları”nın yürüşünü təşkil edib. Stadium.Az xəbər verir ki, Dənizkənarı Milli Parkda Bakı Dəniz Vağzalının yaxınlığından start götürən və könüllülərin qatıldığı yürüş Yeni Bulvardakı attraksion-panoramın yanında başa çatıb.

BAOƏK-un könüllülərlə iş departamentinin mütəxəssisi Vüsal Bağırov deyib ki, tədbirin məqsədi könüllərin komanda işinin təşkili, birlikdə işləmək bacarıqlarının yoxlanılması, həmçinin könüllərin və ölkəmizin Bakı-2015 Avropa Oyunlarına hazırlığını nümayiş etdirməkdir. Bu yürüş könüllülər üçün təşkil olunan son tədbirdir. Könüllülərin Avropa Oyunlarının keçiriləcəyi yarış məkanlarını yaxından tanımasını istərdik. Avropa Oyunlarında minlərlə könüllü iştirak edəcək. Bu yarış həm də könüllülərin Avropa Oyunlarına tam hazır olduğunu göstərir. Azərbaycan artıq Avropa Oyunlarında tarix yazmağa hazırdır.

Bakı-2015-in könüllülər departamentinin baş meneceri Anna Poronik qalibləri təbrik edərək deyib ki, Avropa Oyunlarının başlanmasına 32 gün qalıb və könüllülərin çoxu təlimlərdə iştirak ediblər: “Biz bundan sonra da könüllərlə yarışların keçiriləcəyi məkanlarda birgə işləməyə davam edəcəyik”.

Yarışın qalibləri Avropa Oyunlarına açılış mərasiminə biletlər, kubok və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Sonra könüllülər arasında müxtəlif viktorinalar, yarışlar təşkil olunub.

Qeyd edək ki, Bakı-2015 birinci Avropa Oyunları iyunun 12-dən 28-dək keçiriləcək. Yarışlarda idmanın 20 növü üzrə 6 mindən çox idmançının iştirakı gözlənilir.

Birinci Avropa Oyunlarına 12 mindən çox könüllü cəlb ediləcək (AzərTAc).



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail