Kamal Quliyev istefa verəcəyin açıqladı

12.05.2015 | 4094 dəfə oxunub

Birinci divizionda çempionluğunu rəsmiləşdirən "Neftçala" klubunun baş məşqçisi Kamal Quliyev komandasının Premyer Liqaya buraxılamamasına münasibət bildirib.

Stadium.az xəbər verir ki, Kamal Quliyev yüksək liqada iştirak edəcəklərinə inandığını deyib:

"Lisenziya məsələsi ilə bağlı AFFA-ya müraciət etmişik. Məncə, Premyer Liqada iştirak edəcəyik. Çempion olan komanda yüksək liqada oynamalıdır. Premyer Liqada oynamaq bizim haqqımızdır. Qarşıdakı 2-3 gün ərzində AFFA-dan bizə dəqiq cavab veriləcək".

K.Quliyev "Neftçala"da Premyer Liqada çıxış etmək üçün hərtərəfli şəraitin olduğunu qeyd edib: "Əsas odur ki, Premyer Liqaya buraxılaq. Belə olsa, qalan məsələlər öz yoluna düşəcək".

K.Qulyev onu da əlavə edib ki, "Neftçala" Premyer Liqaya buraxılmasa, komandanı tərk edəcək: "Bir il ərzində əziyyət çəkib, yüksək liqaya vəsiqə qazanmışıq. İndi bizim Premyer Liqadan kənarda qalmağımız komandada böyük ruh düşkünlüyü, inamsızlıq yaradar. Əgər elitaya byraxılmasaq, istefa verəcəm. Bu barədə klub rəhbərliyi ilə də söhbətim olub. Komandamızın bir neçə üzvü də var ki, onlar Premyer Liqa səviyyəsində olan futbolçulardır. İnanıram ki, həmin futbolçular da yüksək liqa təmilçilərində çıxış edəcəklər”. (qol.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail