Olimpiya Stadionu havadan, sudan və qurudan mühafizə ediləcək

13.05.2015 | 2289 dəfə oxunub

Fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev Bakıda keçiriləcək Birinci Avropa Oyunları ilə bağlı görülən işlərdən danışıb. 

Stadium.Az lent.az-a istinadən xəbər verir ki, E.Mirzəyev FHN qüvvələrinin mayın 9-da Bakı Olimpiya Stadionunda keçirilən sınaq mərhələsində uğurla iştirak etdiyini deyib: "Bizim canlı qüvvələrimiz və texnikamız da sınaq tədbirində iştirak etdi və qarşıya qoyulan məqsədə nail oldu".
 
Nazir müavini əlavə edib ki, yarışların açılış və bağlanış mərasimlərinin keçiriləcəyi stadion hərtərəfli mühafizə olunacaq: "Fövqəladə Hallar Nazirliyi idman obyektlərinin mühafizəsi ilə bağlı artıq gücləndirilmiş iş rejiminə keçib. Yarışların açılış və bağlanış mərasimlərinin keçiriləcəyi idman obyekti həm havadan, həm qurudan, həm də sudan - Böyükşor gölü istiqamətindən mühafizə olunacaq. Nazirliyin 2 helikopteri də bu işə cəlb edilib və havadan nəzarəti həyata keçirəcək".
 
E.Mirzəyev qeyd edib ki, FHN digər nazirliklərlə birgə qarşılıqlı əlaqənin qurulmasında və təkmilləşdirilməsində iştirak edir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ