"Avropa oyunları mənim üçün böyük məsuliyyət olacaq" - MÜSAHİBƏ

14.05.2015 | 3471 dəfə oxunub

Avropa Oyunlarının başlamasına bir aydan az vaxt qalıb. Stadium.Az xəbər verir ki, Bakıda keçiriləcək tədbirdə 16 olimpiya və 4 qeyri-olimpiya idman növü olmaqla, 20 idman növü üzrə yarışlar keçiriləcək. Avropanın hər bir yerindən 6000-dən çox idmançı 17 yarış günü ərzində öz ölkələrini təmsil edəcəklər. 

Digər gimnastika növləri ilə yanaşı, oyunlarda tək Avropada yox, bütün dünyada sevilən qadın idman gimnastikası da təmsil olunacaq. Azərbaycanda bu idman növü 2013-cü ilin sonlarında inkişaf etdirilməyə başlanılıb, Anna Pavlova və Marina Nekrasova isə Azərbaycanı beynəlxalq arenada təmsil edən ilk gimnastlar olublar. Ənənəyə sadiq qalaraq, Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti Bakı-2015-də ölkəmizin şərəfini qoruyacaq Nekrasova ilə həmsöhbət olub. Təmsilçimiz bir sıra maraqlı məqamlara aydınlıq gətirib.

 

- Gimnastikaya gəlişinizi xatırlayırsızmı? Necə oldu ki, məhz bu idman növünü seçdiniz?

- Bu çoxdan olub. 3,5 yaşım olanda valideynlərim məni gimnastikaya gətirib. O yaşda mən çox şeyi seçə bilmirdim, ona görə də bu valideynlərimin seçimi idi. İllər ötdükcə bu idman növünün necə gözəl və qeyri-adi olduğunu anladım. 


- Necə düşünürsünüz, başqa idman sahəsində uğurlu ola bilərdizmi?

- Yoxlamaq olardı, amma gimnastikadan gedə bilmərəm.


- Yarış günü emosiyalarınızla necə bacarırsız? Təmkinli olmağınızın sirri nədədi?

- Yarış meydançasına öz həyəcanımı çıxarmamağı çalışıram. Onlarla evdə mübarizə aparıram.


- Sizcə, idman növlərində vacib olan nədi?

- Ən əsası öz idman növünə qarşı istəkli, əzmli və səbirli olmaqdı.


- Peşəkar idmanla məşğul olmaq nə dərəcədə təhlükəlidi? Yoxsa bu idman növündən asılıdı?

- İdman növündən çox şey asılıdı. Ən əsası isə məşqlərə düşüncə ilə yanaşmaqdı.  


- İdmanda kumiriniz varmı?

- Heç kimi xüsusi qeyd etmirəm, amma hörmət etdiyim çox idmançı var.


- Yaxın gələcək üçün idman planlarınız nədi?

- Yaxın gələcək üçün planlarım Dünya Kuboku və Avropa Oyunlarıdır. Əlbəttə, bir neçə yarış da var, amma onlar haqqında hələ düşünmürəm.  


- Avropa Oyunları sizin üçün hansı əhəmiyyəti kəsb edir və yarışa necə hazırlaşırsız?

- Avropa Oyunları məni idmana qaytaran məqsəddi. Mənim üçün böyük məsuliyyət olacaq və ona görə də yaxşı nəticə əldə etmək üçün hazırlıqlara bütün gücümü sərf edirəm.


- İdmandan bir az uzaqlaşsaq, reallaşdırmaq istədiyiniz başqa arzularınız, məqsədləriniz varmı?

- Əsas arzum Olimpiya Oyunlarına düşməkdi.  


- İdmanla gündəlik həyatını birləşdirə bilirsizmi?

- Alınır. İstək olduqda hər şey mümkündü (gülür).


- Ailəniz haqda nə deyə bilərsiz?

- Böyük və dostcanlı ailəm var. Sevdiklərim mənə görə narahat olurlar və hər gün dəstəkləyirlər.


- Yeri gəlmişkən, sevdiyiniz şəxs varmı?

- Sevdiyin şəxsi gizlətmək çox çətindir, əgər varsa hamı ondan xəbər tutur.


- Azarkeşləriniz tribunlardan sizi necə dəstəkləyirlər və onlardan nə eşitmək istərdiz?

- Adətən yarışlarda diqqətimi çıxışıma yönəldirəm. Azarkeşlər nə qışqırdıqlarını özləri bilirlər (gülür). Dəstəklədiklərinə görə çox sağ olsunlar. Azarkeşlərsiz adrenalin qaynamır. Onlar mənim çıxışımın bir hissəsidi. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail