Yığmamız dünya birinciliyinə 3 boksçu ilə yollandı

14.05.2015 | 3056 dəfə oxunub

Çin Xalq Respublikasının Taypey şəhərində mayın 14-dən 25-ə kimi boks üzrə yeniyetmə və gənc qızlar arasında dünya birinciliyi keçiriləcək. Stadium.Az xəbər verir ki, yarışda 45 ölkənin 441 idmançısı mübarizə aparacaq.

Azərbaycan milli komandası məşqçi İlham Alimcanovun rəhbərliyi altında yarışda 3 boksçu ilə təmsil olunacaq. Viktoriya İsmayılova (51 kq), Aliyə Vəlizadə (54 kq) və Alina Hacıyeva (+81 kq) komandamıza medal qazandırmağa çalışacaqlar.

Qeyd edək ki, milli komandamızın hər 3 üzvü gənclərin yarışında gücünü sınayacaq. Gənclərin yarışında 247, yeniyetmələrdə isə 194 boksçu çıxış edəcək. İqtisadi cəhətdən zəif inkişaf edən ölkələrdən Əfqanıstan, Botsvana, Burundi, Qvatemala, Haiti, Kosovo, Nepal və Şri-Lanka boksçuları da dünya birinciliyinə qatılmaq imkanı əldə ediblər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail