14 il sonra gələn qızıl medal

18.05.2015 | 3491 dəfə oxunub

Azərbaycan taekvondoçusu Radik İsayev dünya çempionatında 14 illik həsrətə son qoyub. Stadium.Az xəbər verir ki, 87 kq çəki dərəcəsində mübarizə aparan idmançımız buna Rusiyanın Çelyabinsk şəhərində keçirilən mundialda qızıl medal qazanmaqla nail olub.

Belə ki, dünya çempionatının altıncı günü tatamiyə çıxan İsayev bütün rəqiblərinə gücünü göstərib. Öncə Banqladeş idmançısı İmyaiz İbne Alini 19:0 hesabı ilə məğlub edən yığmamızın lideri ikinci görüşündə Çin Taypeyi təmsilçisi Çanq Kaini üstələyib – 13:3. Radik 1/4 finalda fransalı M’Bar N’Diaye ilə üz-üzə gəlib. Təmsilçimiz ötən il Bakıda keçirilən Avropa çempionatının finalında məğlub etdiyi rəqibdən güclü olduğunu növbəti dəfə sübut edib (8:2).

Yarımfinalda taekvondoçumuz 2013-cü ildə Meksikada baş tutan dünya çempionatının qalibi Rafael Kastillo (Kuba) ilə döyüşüb. Hazırda yaxşı formada olan İsayev mərkəzi amerikalını da məğlub edərək (7:6) finala yüksəlib. Qızıl medal uğrunda döyüşdə isə onun rəqibi özbəkistanlı Cəsur Baykuziyev olub. Bütün görüşlərini yüksək səviyyədə keçirən taekvondoçumuz asiyalı qarşısında da büdrəməyib və dünya çempionu titula yiyələnib.

O, bununla da 14 ildən sonra Azərbaycana dünya çempionatında qızıl medal qazandırıb.

140 ölkədən 875 idmançının mübarizə apardığı mundiala bu gün yekun vurulacaq. Komandamız isə vətənə sabah qayıdacaq.

İsayevədək Azərbaycanın yeganə medalı Niyaməddin Paşayevin aktivində idi. O, Cənubi Koreyada keçirilən mundialda 68 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdı. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail