"Qanunsuz yaş dəyişdirməsi yolverilməzdir"

18.05.2015 | 3117 dəfə oxunub

Mayın 19-dan etibarən "Sərhədçi" İdman Olimpiya Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələr arasında Azərbaycan çempionatı keçiriləcək. Stadium.Az xəbər verir ki, çempionatdan öncə Azərbaycan bütün region və bölgələrində fəaliyyət göstərən klub və cəmiyyətlərin məşqçiləri və güləş hakimlərinin iştirak etdiyi ümumrespublika seminarı keçirildi.

Seminarı giriş sözü ilə açan AGF-nin baş katibi Əjdər Cəfərov güləş idmanına yeni başlayan uşaqların sənədlərinin düzgün tərtib olunma və idmançıların nizam-intizam qaydaları barədə məlumat verib. O, klubların beynəlxalq yarışlarda federasiyanın icazəsi olmadan iştirakının yolverilməz olduğunu bildirib. Baş katib ölkədə güləş idman növünün daha da inkişafı üçün bütün işlərin Dünya Güləş Birliyinin qaydalarına əsasən aparıldığını və bütün klub və cəmiyyətlərin də bu qaydalara əsasən işlərini qurmalı olduğunu deyib. O bildirib ki, idmançıların qanunsuz olaraq yaş dəyişdirməsinin qarşısı Azərbaycan qanunvericiliyinin tələblərinə uyğun olaraq alınacaq.

"Qanunsuz yaş dəyişdirilməsi prosesi idmanda çox ciddi bir problemdir. Dünyanın bütün ölkələrində belə hallara rast gəlinir. Məhz buna görə Dünya Güləş Birliyi bu prosesin qarşısını almaq üçün bütün milli federasiyalar qarşısında tələb qoyub. Azərbaycan qanunvericiliyində də bu məsələ birmənalı olaraq qadağan edilib. İstənilən halda güləşçilərin yaş dəyişdirməsi yolverilməzdir və belə bir halla rastlaşacağımız təqdirdə biz bunun qarşısını qanun çərçivəsində alacağıq. Ona görə də, məşqçilərdən işlərini qanun çərçivəsində qurmaları xahiş və tələb olunur".

Daha sonra Türkiyədən dəvət olunmuş təlimçi-mütəxəssis, Dünya Güləş Birliyi elm departamentinin üzvü Ramazan Savranbaşı Avropa və dünya çempionatlarında yeniyetmə və gənclərin nailiyyətləri ilə onların böyüklər yaş qrupundakı nailiyyətlərinin statistik təhlili və müxtəlif yaş qruplarında güləş idman növünün tədrisi və məşq planlaması mövzusunda çıxış edib. Fotoşəkillər və video görüntülərdən hazırlanmış slaydlar üzərində fikir mübadiləsi aparılıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail