Üç yığmamız beynəlxalq turnirdə

20.05.2015 | 2910 dəfə oxunub

22-24 may 2015-ci il tarixdə Türkiyənin Antalya şəhərində Mithat Bayrak və İsmət Atlının xatirəsinə sərbəst, yunan-Roma və qadın güləşi üzrə gənclər arasında 18-ci beynəlxalq turnir keçiriləcək. Stadium.Az xəbər verir ki, 3 gün davam edəcək turnirdə hər üç yığma komandamızın üzvləri iştirak edəcək.

Yunan-Roma güləşi üzrə yığma komanda böyük məşqçi Şaban Donat və məşqçi Zöhrab Abbasovun rəhbərliyi altında turnirdə iştirak edəcək. Heyətdə Nofəl Babayev (50 kq), Mikayıl Rəhmanov (55 kq), Murad Məmmədov, Kərim Cəfərov (hər ikisi 60 kq), Ruhin Mikayılov, İslambek Dadov (hər ikisi 66 kq), Sənan Əlimirzəyev, Şəmistan Quluzadə (hər ikisi 74 kq) və Cavid Feyziyev (120 kq) yer alıb.

Sərbəst güləş üzrə gənc qızlardan ibarət yığmanın heyətində Türkan Nəsirova (44 kq), Arzu Əliyeva, Leyla Qurbanova (hər ikisi 51 kq), Almaz İsmayılova (55 kq), Raqnetta Qurbanzadə, Elis Manolova (hər ikisi 67 kq) və Səbirə Əliyeva (72 kq) yer alıb. Komandaya böyük məşqçi Yaqub Məmmədov və məşqçi Aslan Ağayev rəhbərlik edir.

Böyük məşqçi Əsgərxan Novruzov və məşqçi Rövşən Hacıyev rəhbərliyi altında turnirə yollanan sərbəst güləş üzrə gənclərdən ibarət yığmanın heyətində 8 güləşçi yer alıb. Yarışda ölkəmizi Şəhriyar Salmanov (50 kq), Mahir Əmiraslanov, Əfqan Xaşalov (hər ikisi 55 kq), Vurğun Əliyev (60 kq), Teymur Məmmədov (66 kq), Murad Süleymanov (74 kq), Hacımurad Məhəmmədsəidov (84 kq) və Turxan Qurbanov (96 kq) təmsil edəcək.

Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Hüseynağa Əhmədov iştirak edəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail