Belarusda qızıl medal

20.05.2015 | 2912 dəfə oxunub

Belarusun paytaxtı Minskdə velosiped idmanının trek növü üzrə 1-ci kateqoriyalı "Grand Prix Minsk" turniri start götürüb. Stadium.Az xəbər verir ki, ilk yarış günü Azərbaycan yığma komandası üçün uğurlu alınıb.

Millimizin lideri Olqa İsmayılova 500 metr məsafəyə sprint yarışında 34.713 saniyə göstərici ilə bütün rəqiblərini qabaqlamaqla fəxri kürsünün ilk pilləsinə qalxıb və bununla da aktivinə 80 reytinq balı yazıb. 2-ci və 3-cü yerləri isə Rusiya idmançıları Yelena Brejneva və Yekaterina Qnidenko tutub.

Komandamızın digər üzvü, ağır zədədən sonra yenidən mübarizəyə qoşulan Sergey Omelçenkoya gəlincə, o 200 metr məsafəyə sprint yarışında 28 idmançı arasında 10-cu olub, həmçinin 2015-ci ildəki şəxsi rekordunu yeniləyib.

Bu gün hər iki velosipedçimiz keyrin növündə medallar uğrunda mübarizə aparacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail