Ruslan "Hayduk"dan gedəcəyini açıqladı

21.05.2015 | 3737 dəfə oxunub

Xorvatiyanın “Hayduk” klubunda çıxış edən millimizin hücumçusu Ruslan Qurbanov mövsümün sonunda oradan ayrılacaq. Stadium.az xəbər evrir ki, bu barədə Ruslanın özü məlumat verib. Qurbanov həm də “Xəzər Lənkəran”ın onunla maraqlanması barədə yayılan xəbərlərə də aydınlıq gətirib:

“Gələcək karyeramla bağlı çox düşündüm və axır ki, qərarımı verdim. “Hayduk”da qalmayacam.

Onlar agentimdən xahiş ediblər ki, məni razı salsın, yeni müqavilə bağlayım. Ancaq mən bu fikirdən uzağam. Görürəm ki, burda mənə istədiyim qədər oynamaq şansı vermirlər. Elə bu səbəbdən ayrılmağa qərar vermişəm. “Hayduk”la icarə müqaviləmin müddəti iyunun 15-də başa çatır. İlk olaraq, “Neftçi”yə qayıtmalıyam. Çünki bu klubla hələ 1 illik müqaviləm qalır. Millinin heyətində Norveçdən birbaşa Bakıya qayıdacam və “Neftçi” rəhbərliyi ilə görüşüb, gələcək karyerama aydınlıq gətirəcəm.

Açığı, “Xəzər Lənkəran”dan heç kim mənimlə əlaqəyə çıxmayıb. Elbrus Məmmədovla tanışam. Çox yaxşı insan və məşqçidi. Amma o da mənimlə danışıq aparmayıb. Əvəzində başqa təkliflərim var. Həm Xorvatiyanın, həm də Rusiyanın yüksək liqa klubları məni istəyir. Elə bu səbəbdən “Neftçi” rəhbərliyi ilə görüşmək istəyirəm, çünki hazırda bu kluba məxsusam. Transfer vərəqəmi alıb, azad agent olmaq üçün “Neftçi”yə pul ödəməyə də hazıram. Mənim fikrim karyeramı Avropada davam etdirməkdi”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail