Yarımfinaldakı boksçularımızın sayı 6-ya çatdı

21.05.2015 | 2514 dəfə oxunub

Ukraynanın Lvov şəhərində keçirilən boks üzrə yeniyetmələr arasında Avropa birinciliyində yarımfinalçıların adları məlum olub. Stadium.Az xəbər verir ki, milli komandamızın 6 üzvü yarımfinala vəsiqə qazanaraq, ən azı bürünc medalı özlərinə təmin ediblər.

70 kq çəki dərəcəsində mübarizə aparan Səid Məlikov 1/4 finalda litvalı Lukas Petrauskasdan üstün olub – 3:0. Boksçumuz finala gedən yolda Belarus nümayəndəsi Yeqor Skamaroxla üz-üzə gələcək.

Məhəmməd Abdullayev də (+80 kq) yarımfinalçılar arasına yüksəlib. Milli komandamızın üzvü rumıniyalı Konstantin Emanuel Mikanı məğlub edib – 3:0. Abdullayev yarımfinalda Gürcüstanı təmsil edən Artyum Yordanyanla qarşılaşacaq.

Kənan İsmayılzadə (75 kq), Kənan Əliyev (46 kq) 1/4 finalda mübarizəni dayandırıblar.

Beləliklə, mayın 22-də keçiriləcək yarımfinalda rinqə çıxacaq boksçularımız və rəqibləri belədi:


48 kq. Cavid Hüseynov – Lorkan Harleks (İrlandiya)

52 kq. Niyaməddin Allahverdiyev – Deklin Daff (Şotlandiya)

70 kq. Səid Məlikov – Yeqor Skamarox (Belarus)

54 kq. Orxan Həsənov – İvan Kozyar (Ukrayna)

60 kq. Bəxtiyar Qazıbəyov – Koryan Asteyan (Ermənistan)

+80. Məhəmməd Abdullayev – Artyum Yordanyan (Gürcüstan)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail