"Bakı-2015": Türkiyə millisinin heyəti açıqlandı

21.05.2015 | 2913 dəfə oxunub

Türkiyə “Bakı-2015” birinci Avropa Oyunlarında 81-i qadın, 110-u kişi olmaqla 191 idmançı ilə iştirak edəcək.

Stadium.Az xəbər verir ki, qardaş ölkədən gələcək ən böyük idmançı qruplarından biri güləşçilər olacaq. “Bakı-2015”də sərbəst və yunan-Roma güləşi üzrə Türkiyədən 8-i qadın olmaqla 24 atlet mübarizə aparacaq.

Türkiyə Güləş Federasiyasının prezidenti Musa Aydın bildirib ki, qardaş ölkənin güləşçiləri Avropa Oyunları ərəfəsində son hazırlıqlarını davam etdirirlər. Türkiyə idmançıları ikinci vətənlərindən – Azərbaycandan medallarla qayıtmaq əzmindədirlər. O, hesab edir ki, qardaş Azərbaycanın “Bakı-2015”in təşkilindəki uğuru Türkiyənin də nailiyyəti kimi qiymətləndirilməlidir.

Bakıda medal uğrunda mübarizə aparacaq türkiyəli idmançılardan biri də sərbəst güləş üzrə üçqat Avropa çempionu, ötən il 125 kiloqram çəki dərəcəsində dünya çempionu adını qazanan Taha Akgüldür. O, bir neçə gün əvvəl “Bakı-2015” birinci Avropa Oyunlarının beynəlxalq idman elçisi seçilib.

Türkiyə idman ictimaiyyətinin nümayəndələri Azərbaycanda idmana böyük qayğı göstərildiyini qeyd edərək ölkəmizin “Bakı-2015”i yüksək səviyyədə təşkil edəcəyinə inandıqlarını vurğulayıblar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail