"Bakı-2015": Məşəl Mingəçevirdə coşğu ilə qarşılandı

23.05.2015 | 3903 dəfə oxunub

Bakı-2015-in alovunun səyahəti bu gün, mayın 22-də ölkənin mərkəz hissəsində Şirvan düzündə davam etdi və Ağdaş rayonundan keçməklə, axşam Mingəçevirdə Alov festivalı ilə günə yekun vurdu. Stadium.Az xəbər verir ki, Ağdaş rayonu Şirvan düzünün şimal-qərbində, Acınohur ön dağlığının cənubunda və Kür çayının sol sahilində yerləşir. Ərazisi 1050 km2 olan rayon, Bərdə ilə 33 km, Oğuzla 6 km, Qəbələ ilə 10 km, Ucarla 29 km, Zərdabla 11.5 km məsafədə həmsərhəddir.

Kütləvi idmanın inkişaf etdiyi rayonlardan biri olan Ağdaşda Bakı 2015-in alov səyahətinin ilk dayanacağı şəhər parkının önündə qoyulmuş “Ağ daş” abidəsi oldu. Burada şəhərin tarixi ilə kiçik tanışlıq həm də bu hadisənin foto və video xronikaya alınması ilə başa çatdı.

Parkın qarşısında Rüstəm Şamilovun yürüşü ilə başlayaraq, Heydər Əliyev prospekti boyunca davam edən məşəl estafeti 2,97 km məsafəni əhatə etdi. Yaqub Şəfiyev, İbrahim Həmidov, Elvin Məmmədov, Rəsul Bulqeysi, Əvəz İlqaroğlu, Eşqin İsmayılov, Bayram Süleymanov və Lamiyə Hüseynova yürüşdə iştirak etdilər. Sonuncu məşəlçi ictimai fəal gənclərin təmsilçisi kimi Səbinə Əlipaşayeva digər həmkarlarının müşayiəti ilə Heydər Əliyev meydanında quraşdırılmış səhnə önünə alqışların müşayiəti ilə gəldi. Aparıcının dəvəti ilə o, səhnədə qoyulmuş çırağı alovlandırdı.

Estafetin birinci iştirakçısı, voleybol üzrə respublika çempionatının mükafatçısı, bədən tərbiyə və idman müəllimi Rüştəm Şamilov fikirlərini belə bölüşdü: "Məşəl heyətini doğma rayonumuzda salamlayıram. Avropa Oyunlarının çırağı bağlanış mərasiminə qədər Ağdaşda da alovlanacaq. Bu isə bu böyük başlanğıcda bizim də iştirakımızın bir parçasıdır. Yarışlar Bakıda keçirilsə də, bu çıraq vasitəsilə bütün regionlar bu böyük hərəkatın tərkib hissəsinə çevrilirlir. Məşəlçi olduğum üçün qürur hissi keçirirəm. Keçmiş voleybolçu olsam da, həyatımı ömürlük bədən tərbiyəsi və idmana bağlamışam. Bu yarışlara hazırlığın gedişi məni də bir idman fəalı kimi sevindirir və əminəm ki, buna cavab olaraq, bütün növlər üzrə komandalarımız yarışlardan ən yaxşı nəticələrlə ayrılacaqlar. Bayrağımızın şərəfi uğrunda mübarizə aparan hər kəsə uğurlar arzulayıram”.

Bakı 2015-in Ağdaşa hədiyyəsi olan çırağın rayona təqdim olunması ənənəsini boks üzrə yeniyetmələr arasında ikiqat Azərbaycan çempionu, 15 yaşlı Rüfət Nəbiyev davam etdirərək, onu rayon ictimaiyyətinin nümayəndəsinə təhvil verdi. Təntənəli mərasim səmaya şarların buraxılması ilə başa çatdı.

Sonra məşəl karvanı Mingəçevir şəhərinə yollandı. Mingəçevir Azərbaycanın dördüncü iri sənaye şəhəridir və ölkə miqyaslı Yevlax aeroportundan 30 km, beynəlxalq miqyaslı Gəncə hava limanından 80 km məsafədə yerləşir. Ötən əsrin 40-cı illərində Kür çayının üzərində su elektrik stansiyasının tikintisi ilə bağlı salınmış Mingəçevirin ərazisi 130 km2, əhalisi 100 min nəfərdir.

Birinci Avropa Oyunlarının Avarçəkmə yarışları iyunun 14-dən 16-dək məhz Mingəçevir şəhərində keçiriləcək. Uzun illər olimpiya oyunlarında uğurlar qazanan Sovet avarçəkmə idmanının iri mərkəzlərindən biri olmuş “Kür” avarçəkmə bazası, indi tam yeni əsaslarla qurularaq, “Kür” Olimpiya Tədris-İdman Mərkəzi adı ilə Azərbaycan idmanına xidmət göstərir. Məşəl etsafetinin şəhərlə tanışlığının rəmzinə çevriləcək görüş məhz burada baş verdi. Sahil kənarının seyrinə çıxan estafet iştirakçıları göldə kanoe səfərinə də çıxdılar. Bu mənzərə foto-video lentinə bir xatirə kimi köçürüldü.

3,08 km-i əhatə edən məşəl estafeti Heydər Əliyev prospektində sahibkar Ayaz Umudəliyev başladı. 20 Yanvar, Nəriman Nərimanov küçələrindən sonra şəhər dram teatrının binasının qarşısından keçməklə, Səməd Vurğun küçəsi ilə irəliləyən məşəlçilər yürüşü yenə Heydər Əliyev prospektində başa vurdular. Bu mərhələyə qədər yürüşdə Namiq Bəkirov, Telman Bəkirov, Əlağa Səfərov, Vüqar Paşayev, Polad Məmmədov, Samir Məmmədov, Aslan Saadov, Elmar Fətullayev və Elgiz Mirzəyev və İlqar Hüseynov iştirak etdilər. Sonuncu məşəlçi - şəhər liseyinin fiziki hazırlıq müəllimi Xəqani Mikayılov digər 9 həmkarının müşayiəti ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan meydana daxil oldu.

Həmin vaxt artıq meydanda xüsusi qurulmuş səhnədə Alov festivalına start verilmişdi. Yerli mədəniyyət və incəsənət ustalarının iştirakı ilə davam edən festivalın gedişində son yürüşçü və ardınca digər məşəlçilər səhnə önünə gələrək, tədbirə toplaşan izdihamlı kütləni salamladılar.

Aparıcının dəvəti ilə sonuncu məşəlçi səhnəyə qalxaraq, Oyunların sonuna qədər söndürülməyəcək daha bir Bakı 2015 çırağını alovlandırdı və beləcə, Mingəçevir Birinci Avropa Oyunarının tarixinə yazılan növbəti şəhərimiz oldu.

Mingəçevirdə təşkil edilən Alov Festivalında Atəşgah məbədində ilk məşəlin alovlandırılması mərasimi və Bakı 2015-ə həsr olunmuş videoçarxlar nümayiş etdirildi. Aparıcı məşəlçiləri təqdim edərək, onları səhnəyə dəvət etdi. Sonra çırağın şəhərə təqdim olunması mərasimi keçirildi. Onu orta məktəb müəllimi Aysel Hüseynova şəhər ictimaiyyətinin nümayəndəsinə təhvil verdi. Bakı 2015-in canlı rəmzlərinin ətrafı coşdurduğu bir şəraitdə Birinci Avropa Oyunları üçün xüsusi ssenari əsasında hazırlanmış möhtəşəm “Alov rəqs”i maraqla qarşılandı. Rəqsin major notlarının vurulduğu anlarda Mingəçevir səmasına yüksələn atəşfəşanlıq isə bu təntənənin kulminasiya nöqtəsi oldu.

Məşəl yürüşündə iştirak etmiş akademik avarçəkmə üzrə mütəxəssis Xəqani Mikayılov fikirlərini bölüşdü: “Məşəl estafetində iştirak etmək mənim üçün bir şərfədir. Çünki bu hər insana nəsib olacaq xoşbəxtlik deyil. Qitə tarixində ilk dəfə keçiriləcək nəhəng idman tədbirinin bir parçası, onun məşəlçisi olmaq böyük qələbələr qədər həyəcanvericidir. Bütün komandalarımıza uğurlar arzulayıram. Mingəçevirin də Bakı 2015-in idman yarışlarını qəbul etməsi bizim üçün ikiqat bayram olacaq. Yarışları doğma şəhərimizdən kənara çıxmadan izləyə biləcəyik. Əlbəttə, Avropa Oyunlarının Mingəçevirdə keçirilən yarışlarını tribunadan izləyəcəyəm. Məncə, kanoeçilerimiz 200 və 1000 metrdə çox güclüdürlər və idmançılarımızın uğur qazanacaqlarına inanıram”.

Avarçəkmə yarışları üçün Mingəçevir şəhərində də biletlərin satışına başlanılıb. Bilet əldə etmək istəyənlər Mingəçevir Dövlət Dram Teatrının Kassasına (Ünvan: M. Fizuli küçəsi 29), bazar ertəsindən bazar gününə qədər saat 10-dan 18-dək müraciət edə bilərlər. Avarçəkmə yarışları (14-16 iyun) üçün biletlər oturacaqları və ayaqüstə durmaq üçün ayrılmış ərazilər üzrə satılır. Qiymətlər ilkin yarışlar üçün: oturacaqlı yerlər - 3 AZN, ayaqüstə - 1 AZN, 16 yaşadək uşaqlar üçün pulsuz; final oyunları üçün: oturacaqlı yerlər - 5 AZN, ayaqüstə 1 AZN, 16 yaşadək uşaqlar üçün pulsuz. (Arenaya giriş üçün xüsusi vasitələrə ehtiyacı olan tamaşaçılar biletlərini yarışlar başlamazdan öncə əlillik vəsiqəsini təqdim etməklə, birbaşa arenanın bilet kassasından götürə biləcəklər). Oyunların Bakıda keçiriləcək bütün yarışlarına biletləri baku2015.com veb səhfəsindən onlayn qaydada almaq mümkündür.

Alov səyahətindən şəkillərə baxmaq, küçələrə axışan yerli sakinlərə qoşulmaq, Oyunlara aparan yolu işıqlandıran on məşəlçiyə azarkeşlik etmək, tədbirlərə qatılmaq istəyənlər www.flame.baku2015.com linkinə daxil ola bilərlər.

Məşəl karvanı mayın 23-də Balakən və Zaqatala rayonlarına səyahət edəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail