Xanımı döyən çempion haqda cinayət işi açılıb

26.05.2015 | 3523 dəfə oxunub

 "Famous" karaoke-klubda qızları döyən çempion İsa Əzizov Cinayət Məcəlləsinin xuliqanlıq (221-ci) maddəsi ilə məsuliyətə cəlb olunub. Stadium.az xəbər verir ki, işi araşdıran Yasamal rayon Polis İdarəsinin 27-ci polis bölməsinin təhqiqatçısı Müşfiq Cəbrayılov bildirib ki, toplanmış materiallar istintaqa göndərilib. Zərərçəkmişlərin izahatı alınıb. İ.Əzizovu isə hələ də tapmaq mümkün olmayıb.

Hadisə zamanı hücuma məruz qalan Diana Babayeva Milli.Az-a açıqlamasında Rusiya vətəndaşı olduğunu və başına gələnlərlə bağlı səfirliyə müraciət edəcəyini vurğuladı.

Əzizovun barəsində Səbail rayonunda da hələ davam edən cinayət işi var. Onu da əlavə edək ki, İsa Əzizov hazırda yüksək vəzifə tutan generalın bacısı oğludur. Əzizov kikboksinq idman növü ilə məşğuldur və yüksək nəticələrə sahibdir. O, ötən gecə karaoke klubda Elvina Əliyevanı döyüb, sonra isə "Gellandevagen" markalı maşına qoyaraq aparmaq istəyib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail