Türkiyədə 5 medal

01.06.2015 | 2811 dəfə oxunub

Türkiyənin İzmir şəhərində Mahmut Atalay və Yaşar Erkanın xatirəsinə yeniyetmə sərbəst, yunan-Roma və qadın güləşçilər arasında 18-ci beynəlxalq turnir keçirilib. Stadium.Az xəbər verir ki, turnirdə ölkəmizi yeniyetmə qızlardan ibarət yığma komandanın üzvləri təmsil edib.

Böyük məşqçi Həsrət Məmmədyarov və məşqçi İsaməddin Hüseynovun rəhbərliyi altında turnirə qatılan güləşçilərimiz ümumilikdə 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanaraq, komanda hesabında turniri 4-cü sırada tamamlayıb.

Zemfira Ələkbərli (38 kq) və Şəbnəm Əhmədova (56 kq) bütün rəqiblərindən üstün olaraq, fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb. Sona Tumarxanova (49 kq) yalnız final görüşünü məğlub başa vurub və gümüş medalla kifayətlənib. Bürünc medalları isə Səbinə Həmzəlzadə (49 kq) və Tatyana Varantsova (56 kq) qazanıb. Gülcahan Hacıyeva (46 kq) isə, bürünc medal uğrunda həlledici görüşdə uduzub və turniri 5-ci sırada tamamlayıb.

Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Vüqar Şükürov ölkəmizi təmsil edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail