Avropa Oyunlarının məşəli Qusarda

01.06.2015 | 3251 dəfə oxunub

Birinci Avropa Oyunlarının qədim Atəşgah məbədində alovlandırılan məşəli iyunun 1-də Azərbaycanın şimal qapısı sayılan Qusara gətirilib. Stadium.Az "Azətac"a istinadən xəbər verir ki, məşəl Heydər Əliyev Mərkəzinin qarşısında qurulan Oyunların rəmzi qapısında alqışlarla qarşılanıb.

Məşəl kik-boksinq və universal döyüş üzrə Azərbaycan çempionu Elşən Şükürov tərəfindən qəbul olunub. Bunun ardınca 10 nəfər məşəlçinin yürüşünə start verilib. Onlar növbə ilə məşəli bir-birinə ötürərək Mirzə Vəliyev, Nurəddin Şərifov, general Mahmud Əbilov və Fəxrəddin Musayev küçələrindən keçməklə şəhərin mərkəzi meydanına gəliblər. Taekvondo üzrə Azərbaycan çempionu Vasif Qurbanov general Mahmud Əbilovun adını daşıyan meydanda quraşdırılan səhnəyə qalxaraq məşəli alovlandırıb. Qusarlılar məşəlin alovlandırılmasını böyük coşqu və alqışlarla qarşılayıblar.

Sonra isə Avropa Oyunlarının çırağı yandırılaraq, yarışlar başa çatanadək saxlanılmaq üçün Heydər Əliyev Mərkəzinə təhvil verilib.

Birinci Avropa Oyunları məşəlinin Atəşgah məbədində alovlandırılmasını əks etdirən videoçarx mərasim iştirakçılarına təqdim olunub.

Məşəldar Zeynal Əsgərov müsahibəsində Qusarın bu gün çox əlamətdar bir hadisəyə şahidlik etdiyini bildirib: “Başqa ölkələrdə keçirilən bu cür mərasimləri həmişə televizordan izləmişik. Həmişə düşünürdüm ki, görəsən, bizim ölkəmizdə də belə bir mötəbər yarış keçirilə bilərmi? İndi görürəm ki, xəyallarımız gerçəkləşir. Azərbaycanın gündən-günə inkişaf etməsi beynəlxalq arenada nüfuzumuzu daha da artırır. Bunun nəticəsində də ölkəmizə etimad göstərilir və güvənilir. Həmişə televizorda həsrətlə izlədiyim o möhtəşəm anlar bu gün rayonumuzda da keçirildi. Biz nəinki izləyici, hətta mərasimin birbaşa iştirakçısı olmaq imkanı qazandıq. Hisslərimi sözlə ifadə etməyə çətinlik çəkirəm. Çox sevincliyəm”.

“On gündən sonra birinci Avropa Oyunları başlayır. Təşkilati məsələlərin gedişini fəxrlə izləyirik. Yarışlar başlayandan sonra isə həyəcanla idmançılarımızın çıxışını izləyəcəyik. Mötəbər turnirdə Qusarın idman yetirmələri də qüvvələrini sınayacaqlar. Əminəm ki, Azərbaycan idmançıları şərəflə mübarizə aparıb, himnimizi səsləndirəcəklər”.

Bu fikirləri isə Qusar Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Xatirə Nağıbəyova bildirib. Qarşılanma mərasiminin iştirakçısı deyib: “Qədim Atəşgah məbədində alovlandırılan məşəl nəhayət ki, rayonumuza da qədəm basdı. Gördüyünüz kimi, uşaqdan-böyüyə hamı bu günü ən əziz bayram kimi qeyd edir. Arzu edirəm ki, düşmən tapdağı altında olan torpaqlarımız işğaldan azad olunsun və bu cür bayram tədbirlərini Qarabağda qeyd edək”.

Qusardan sonra birinci Avropa Oyunlarının məşəli Quba rayonuna yola salınıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail