Bakı qonaqları qarşılamağa hazırdır

02.06.2015 | 2674 dəfə oxunub

12-28 iyun tarixlərində paytaxt Bakıda keçiriləcək birinci Avropa Oyunları haqqında yerli və beynəlxalq ictimaiyyət arasında məlumatlılığı artırmaq məqsədilə indiyədək bir sıra işlər görülüb. Stadium.Az xəbər verir ki, bunlar sırasına şəhər ətrafında müxtəlif yerlərdə reklam lövhələrinin yerləşdirilməsindən təyyarələrdə Bakı 2015-in loqosunun əks olunmasına qədər fərqli istiqamətlərdə təqdimat işləri daxildir.

Bakı 2015-in təqdimatı üçün hazırlanmış ən böyük reklam lövhəsi Dənizkənarı Bulvarda yerləşən “Abşeron” mehmanxanasının binasına quraşdırılıb. Bu lövhənin hündürlüyü 60,4 metr, eni isə 32,7 metrdir. Bakıda 150-i dayanacaqda olmaqla Avropa Oyunları ilə bağlı ümumilikdə 256 reklam lövhəsi yerləşdirilib.

Şəhər ətrafında müxtəlif yerlərdə Bakı 2015-in rəsmi simvollarını (maskotlar) təmsil edən 18-dək rənglənmiş heykəllər də quraşdırılıb.

Bakı Avropa Oyunları Əməliyyat Komitəsinə məxsus minik avtomobilləri və mikroavtobuslar ilə yanaşı 995 ədəd taksidə və eyni zamanda Azərbaycan Hava Yollarına aid 10 təyyarədə də Bakı 2015-in loqosu əks olunub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail