Avropa Oyunları Ermənistanda da yayımlana bilər

02.06.2015 | 2473 dəfə oxunub

“Ermənistanın “Bakı-2015” I Avropa Oyunlarını yayımlamaq istəyi var. Amma hələ müqavilə bağlanmayıb”.

Stadium.Az “Report”a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında gənclər və idman naziri, “Bakı-2015” I Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov deyib.

O bildirib ki, hazırda “Bakı-2015”in yayım hüquqlarına malik şirkətlə Ermənistan telekanallarından biri arasında danışıqlar gedir.

A.Rəhimov bildirib ki, son məlumata görə, Açılış Mərasimində 30-a yaxın ölkənin rəsmisi iştirak edəcək.

Nazir növbəti Avropa Oyunlarının məşəlinin də Atəşgah Məbədində alovlandırılması arzusunu ifadə edib. O, belə bir təklifi irəli sürəcəklərini vurğulayıb: “Avropa Oyunlarında açılış mərasiminin ən gözəl anı alovla yekunlaşır. Çox istərdik ki, məşəlin alovlandırıldığı yer Atəşgah olsun. Biz bu təklifi irəli sürməyə hazırıq”.

A.Rəhimov Açılış Mərasimi vaxtı məşəli Bakı Olimpiya stadionuna gətirəcək şəxsin hələ müəyyənləşmədiyini də söyləyib: “Hələ seçim aparmamışıq. Düşünürəm ki, həmin şəxs ən layiqlisi olacaq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail