Əbülfəs Qarayev: Mən özüm də velosiped sürürəm

03.06.2015 | 2859 dəfə oxunub

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev velosiped həvəskarı olduğunu açıqlayıb. Stadium.Az xəbər verir ki, o, bu fikirləri "Bölgələrdən paytaxta" adlı layihə çərçivəsində İsmayıllı rayonuna həsr olunmuş tədbir zamanı səsləndirib.

Bu ilin aprelindən etibarən Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən İsmayıllı Olimpiya İdman Kompleksində velosiped bölməsi açılıb və hazırda xeyli yeniyetmə və gənc idmançı bu bölmədə velosiped idmanının sirrlərinə yiyələnir.

Rayonun idman həyatına həsr olunmuş stendə baxış keçirərkən İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Seyidov Mədəniyyət və Turizm nazirinə hazırda inşası davam edən velosiped zavodu və idman klubu barədə məlumat verib. İdmançılara uğurlar arzulayan Əbülfəs Qarayev özünün də velosiped həvəskarı olduğunu və həftə ərzində bir neçə dəfə velosiped sürdüyünü deyib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail