Avropa oyunları öncəsi qızıl medal

03.06.2015 | 3572 dəfə oxunub

Yolanda Neff Almaniyanın Albştat şəhərində keçirilmiş Birləşmiş Velosiped İdmanı İnstitutunun Dünya Kubokunda qələbə çalmaqla Bakı 2015 öncəsi öz qələbələrinin sayını artırıb. Stadium.Az xəbər verir ki, isveçrəli idmançı yarışlarda dağ velosipedi növündə qızıl medalın sahibi olub. 

Bu medal Çexiyada keçirilmiş Dünya Kubokunda da fəxri kürsünün ən yüksək pilləsinə qalxan, 22 yaşlı idmançının ardıcıl ikinci titulu olub. Neffin Bakı 2015 Avropa Oyunlarındakı mübarizəsinə də 2 həftədən də az vaxt qalıb.

Bakıda mübarizə aparacaq bu yarışın digər ən güclü avropalı idmançısı, polşalı Maya Vloyovska yarışı beşinci yerdə başa vurub.

Kişilərin Albştatdakı yarışında fransız Jülien Absalon qalib gəlib. O da Bakı 2015-də yarışacaq.

İsveçrəli Nino Şurter yarışı ikinci yerdə başa vurub. Bürünc medalın sahibi isə çexiyalı Yaroslav Kulhavi olub.

Həm Şurter, həm də Kulhavi Bakl 2015-də uğurlu çıxış etmək üçün son hazırlıqlarını görürlər. İsveçrəli idmançılar Fabian Siser və Lukas Flükiser də Albştatda keçirilən hazırlıq turnirində müvafiq olaraq altıncı və yeddinci yerləri tutublar.

Öz növbəsində, yarışı müvafiq 9-cu və 10-cu yerlərdə başa vuran Maksim Marotte və Uqo Dreçoudan ibarət fransız dueti Avropa Oyunlarında öz ölkələrini təmsil edəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail