"Bakı-2015" Azərbaycanın Avropaya inteqrasiyasını daha da sürətləndirəcək"

04.06.2015 | 3062 dəfə oxunub

Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşkilatçılığı ilə “Bakı-2015” I Avropa Oyunları ilə bağlı Böyük Britaniya parlamentinin Nümayəndələr Palatasının “Çörçil” zalında qəbul keçirilib.

Stadium.Az AzərTAc-a istinadən xəbər verir ki, tədbirdə Londondakı diplomatik korpusun nümayəndələri, Böyük Britaniya parlamentinin Lordlar Palatasının üzvləri, bu ölkədə fəaliyyət göstərən Azərbaycan təşkilatlarının təmsilçiləri, burada yaşayan həmvətənlərimiz və müxtəlif universitetlərdən tələbələr iştirak ediblər.

Britaniya parlamentinin üzvü Lord Addinqton beynəlxalq idman tədbirlərinin müxtəlif mədəniyyətləri və mentalitetləri bir araya gətirmək baxımından əhəmiyyətini vurğulayıb. Diqqətə çatdırılıb ki, “Bakı-2015” Avropa qitəsi üçün yeni və təqdirəlayiq bir təcrübə olacaq. Lord Addinqton I Avropa Oyunlarının təşkilatçılarına və Azərbaycan hökumətinə minnətdarlığını bildirib.

Avropa Oyunlarının Azərbaycan üçün əhəmiyyətindən danışan TEAS-ın sədri Tale Heydərov bildirib ki, “Bakı-2015”in həyəcanını bütün Azərbaycanda hiss etmək mümkündü: "Gənc ölkə olmağımıza baxmayaraq, beynəlxalq idman tədbirinə ev sahibliyi etmək Azərbaycanın qısa müddətdə sürətli inkişafının, Prezident İlham Əliyevin idmana göstərdiyi yüksək diqqət və qayğının göstəricisidi. İnanıram ki, “Bakı-2015” Azərbaycanın Avropaya inteqrasiyasını daha da sürətləndirəcək və ölkəmiz bundan sonra da beynəlxalq idman tədbirlərinə uğurla ev sahibliyi edəcək”.

Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə ölkəmizin tarixən bir çox cəhətlərinə görə dünyada tanındığını deyib. O, “Bakı-2015” I Avropa Oyunları ilə Azərbaycanın Avropada və dünyada idman sahəsində daha yaxşı tanınacağını bildirib. “Bakı-2015”in başlamasına çox az vaxt qaldığını qeyd edən diplomat Avropa Oyunlarına hazırlıq prosesi və təşkilatçılıq haqqında məlumat verib. Səfir Avropanın 50 ölkəsindən 6 mindən çox atletin mübarizə aparacağı bu çoxşaxəli idman bayramının yüksək səviyyədə keçiriləcəyindən əminliyini ifadə edib. Oyunların Avropa idmanında tarixi hadisə olacağını vurğulayan Tahir Tağızadə qonaqları mötəbər idman tədbirini izləmək üçün Bakıya dəvət edib.

Britaniya parlamentinin üzvü Bob Bləkmən “Bakı-2015” I Avropa Oyunlarına hazırlığı yüksək qiymətləndirib. O, qısa müddətdə ölkəmizdə yaradılan idman infrastrukturunun möhtəşəm olduğunu qeyd edib. Britaniya ilə Azərbaycan arasındakı münasibətlər haqqında məlumat verən deputat dostluq və əməkdaşlığımızın davam edəcəyinə ümidvar olduğunu bildirib.

Tədbirdə, həmçinin I Avropa Oyunları barədə videoçarx nümayiş olunub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail