Ukraynada Avropa Oyunları ilə bağlı növbəti tədbir

04.06.2015 | 3551 dəfə oxunub

Ukraynanın kurort zonası olan Truskavets şəhərində ilk Avropa Oyunları ilə bağlı bayram aksiyası keçirilib.

Stadium.Az xəbər verir ki, Azərbaycan-Ukrayna Beynəlxalq Alyans, "Düşüncə" Gənclərin İnkişafına Dəstək" İctimai Birliyin birgə təşkilatçılığı və Trend İnformasiya Agentliyinin informasiya dəstəyi ilə keçirilən bayram aksiyasında Truskavetsin mərkəzi meydanında ilk Avropa Oyunlarına aid əyani vəsaitlər paylanılıb. 

Şəhər meriyası ilə bağlanan müqavilə əsasında meydandakı elektron tabloda ilk Avropa Oyunlarının loqosu yayımlanıb.

Aksiya zamanı Azərbaycan - Ukrayna Beynəlxalq Alyansın sədri Elmar Məmmədov və Trend İnformasiya Agentliyinin baş redaktorunun müavini, "Düşüncə" İctimai Birliyinin sədri Emil Hüseynli şəhər sakinlərinə və qonaqlarına ilk Avropa Oyunları haqqında məlumat veriblər. Aksiyanın sonunda ilk Avropa Oyunlarının bukletləri ilə bəzədilmiş şarlar göyə buraxılıb.

Bundan əvvəl də Azərbaycan-Ukrayna Beynəlxalq Alyans, “Düşüncə” Gənclərin İnkişafına Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı və Trend İnformasiya Agentliyinin informasiya dəstəyi ilə Kiyevin tanınmış “Super Barabanşiçı” (Супер Барабанщицы) ansamblı şəhərin mərkəzi Xrişatik küçəsində I Avropa Oyunlarının loqosu olan bayraqlarla birgə marş keçiriblər. Şəhərin mərkəzində bayram yürüşü zamanı, həmçinin paytaxtın sakinlərinə və qonaqlarına I Avropa Oyunları ilə bağlı bukletlər, jurnallar paylanılıb, onlara ilk Avropa Oyunları barədə ətraflı məlumat verilib (Trend).



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail