Abdulbari Gözəldən "Qarabağ"a çağırış: "Fillərlə də savaşacaqsınız"

05.06.2015 | 3973 dəfə oxunub

Ötən gün Ağdamın "Qarabağ" klubunun prezidenti Abdulbari Gözəl klubun bazasında media nümayəndələriylə görüşdü. Stadium.az xəbər verir ki, klub başqanı komandasının qızıl dubl etməsindən olduqca məmnun olduğunu dilə gətirib: 

 "Bu uğurlar boş yerə qazanılmayıb. Bir kollektivin zəhmətinin bəhrəsidi. Hər şey düşündüyümüzdən də yaxşı alındı. Başda klub prezidenti olmaqla, hər kəsi təbrik edirəm. Bizim işimiz meydançada olmalıdı. İnşallah, daha da yaxşı olması üçün əlimizdən gələni etməyə çalışacağıq.

Möhtəşəm bir mövsüm keçirdik. Bunun ən böyük səbəbi gözəl səmimiyyət, paklıqdı. Siz “Qarabağ”a baxanda “Azərsun”u görə bilərsiniz. Hər bir insanın, ölkənin çətin günləri olur. Azərbaycanın çətin vaxtlarında “Azərsun” qiymətləri artırmadı, ölkəyə dəstək oldu. “Qarabağ” on minlərlə insanın zəhmətinin bəhrəsidi. Rəhmətlik Heydər Əliyev Qarabağın həmişə yaşamasını istəyirdi. Bu məqsədlə də klubu prezidentimiz Abdulbari Gözələ həvalə etdi. O da bu klubun idarəçiliyini bir oğlu kimi mənə tapşırdı. Əlimdən gələni etdim ki, bu işi layiqincə görüm. Hələ o vaxt Qurban Qurbanovla görüşəndə bildim ki, bu komandanın gələcəyi var.

Dəvədən böyük fil var. Fillərin savaşına da eyni əzmlə getmək lazımdı. “Qarabağ” artıq yavaş-yavaş Azərbaycan həddini keçib, beynəlxalq səviyyəli komandaya çevrilib. Qarabağa edilən ədalətsizlik təkcə iki ölkənin müharibəsi deyil. Burda başqa əllər də var. Təəssüf ki, o qüvvələr bu atəşi elə yandırdılar ki, qarşısındakı da bilmədi ki, gələcəyini qaraldır. İndi baxın Azərbaycan hansı səviyyədədi. Türkiyəyə boru xəttinin çəkilməsi Azərbaycanı başqa yerə gətirdi. Allah Heydər Əliyev kimi lideri yetişdirdi, o da Azərbaycanın gücünə güc qatdı. Avropa Oyunları Bakıda başlayacaq. Bu, sadə bir iş deyil. Azərbaycan burda mədəniyyətini, birliyini göstərdi. İdman sahəsində bu ölkə artıq adını gözəl hərflərlə yazdırır. Rəhmətlik Heydər Əliyev mənə demişdi ki, al bu klubu apar irəli. Onun davamçısı İlham Əliyev də həmişə bizi dəstəklədi. Heydər Əliyevin mənə verdiyi bayrağı və cənab prezidentin dəstəyini dünyaya daşıdıq. “Qarabağ” heç vaxt qürurlanmaz. Qürurlanmaq Allaha məxsusdu. Bizim üçün bu bayrağı daşımaq şərəfdi. “Qarabağ”ın qələbəsi Azərbaycan üçün də çox  önəmlidi. Bura gəlmişəm ki, kluba təşəkkür edim. İnşallah, fillərlə də savaşacaqsınız. Allah köməyiniz olsun".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail