Sadıq Sadıqovun döyüşçüsü Azərbaycanı ayağa qaldırdı VİDEO

14.06.2015 | 5380 dəfə oxunub

Davam etməkdə olan"Bakı-2015" I Avropa Oyunlarında başa çatan ötən gündə ən çox maraq doğuran və azarkeşlərimizin böyük həsrətlə gözlədiyi an güləşçimiz Rəsul Çunayevin döşək üzərinə çıxması idi. Stadium.az xəbər verir ki, 71 kq çəki dərəcəsində güləşçimiz - "Neftçi İdman Klubun"nun yetirməsi olan Rəsul Çunayev də yarışa 1/8 finaldan start verib. O, moldovalı Daniel Kataraqa qalib gələrək 1/4 finala yüksəlib. Güləşçimizin mövbəti mərhələdə rəqibi Xorvatiya güləşçisi Dominik Etlinger olub.  Təmsilçimiz qələbə seriyasını davam etdirərək, rəqibini 4:0 hesabı ilə məğlub edib. R.Çunayev yarımfinalda Svilen Kostadinovlana (Bolqarıstan) 10:0 hesabı ilə qalib gəlib.  Rəsul Çunayev finalda macarıstanlı Balint Korpasiyə 4:2 hesabı ilə qalib gələrək qızıl medal qazanıb.

Qızıl medal qazandıqdan sonra Azərbaycan bayrağına sarılan Rəsul, döşək üzərində dövrə vuraraq tribunadan onu seyr edən Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və I xanım Mehriban Əliyevanın qarşısında dayanaraq, cənab prezidentə Əskər Salamı verdi. İlham Əliyev isə Rəsul Çunayevi ayaq üstə alqışladı. 

Rəsul Çunayev "Neftçi İdman Klubu"nun yetirməsidir. "Neftçi İdman Klubu"nun rəhbəri isə, idmançılara doğma övladı kimi diqqət və qayğı göstərən Sadıq Sadıqovdur. Vaxtilə batmaqda olan "Neftçi" klubunu quyunun dibindən çıxardaraq ölkənin ən güclüsü edən və "Flaqman"ın adını Azərbaycan futbolu tarixinə qızıl həriflərlə yazdıran Sadıq Sadıqov, bu dəfə idman sahəsində də mükəmməl işlər görməkdədir. Hazırda onun idmançıları Avropa Oyularında parlaq nəticələr qazanmaqdadır.

Məhz Rəsul Çunayev qazandığı parlaq qələbələrlə bütün Azərbaycanı sevindirdi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail