Elvin Mürsəliyev çempion oldu! YENİLƏNİB

14.06.2015 | 4633 dəfə oxunub

Bu gün Yunan-Roma güləşi üzrə növbəti çəki dərəcəsində yarışlar keçirilir.

Stadium.az xəbər verir ki, "Neftçi İdman Sağlamlıq Mərkəzi"nin daha bir yetirməsi olan Həsən Əliyev mübarizəyə qoşulub. 66kq çəki dərəcəsində mübarizə aparan idmançımız ilk görüşünü Gürcüstan idmançısına qarşı keçirdi. Təsnifat yarışlarını başa vuran Əliyev 1/8 final mərhələsinə vəsiqə qazandı. Onun bu mərhələdə Xorvatiya idmançısını məğlub etdi. 1/4 finala vəsiqə qazanan Həsən,  1/4 final mərhələsində Belarusdan olan idmançı ilə qarşılaşır. İlk hissədən sonra Əliyev, rəqibi üzərində 2-0 hesabı ilə irəlidə oldu. İkinci hissədə 1 xal qazanan Həsən, yarım finala vəsiqəni təmin etdi. Həsən Əliyev erməni idmançıya məğlub olaraq qızıl medal uğrunda mübarizəni dayandırıb. 

Digər idmançımız Elvin Mursəliyev 75kq çəkidə mübarizəyə qoşuldu. İlk görüşündə Slovakiya idmançısı ilə qarşılaşan Mursəliyev ilk hissədə 2-0 hesabı ilə qalib gəlib. İkinci hissədə hesabı 8-ə çatdıran Elvin vaxtından əvvəl qələbə ilə növbəti mərhələyə vəsiqə qazandı. Elvin Mursəliyev Ruminya idmançısı ilə görüşdə ilk öncə geri düşsə də hesabı bərabərləşdirərək daha sonra qələbə qazanmağı bacardı. 3-1 hesabı ilə qələbə qazanan idmançımız 1/4 finala vəsiqə qazandı. Onun rəqibi isə ya Ukrayna ya da Rusiya güləşçisi olacaq. 1/4 finalda rus güləşçisi Labazanov ilə qarşılaşan Elvin, çətin keçən görüşdə 4-2 hesabı ilə qalib gələrək tarım finala vəsiqə qazandı. O, finalda Serbiya idmançısı Viktor Memesi məğlub etdi. 

85 kq çəkidə Saman Təhmasibi erməni idmançısına 9-0 hesabı ilə məğlub oldu.  130 kq çəkidə isə Sabah Şəriəti Gürcüstan idmançısını məğlub edərək yarım final görüşünə yüksəlib. O,  Belarusdan olan idmançını məğlub edərək finala vəsiqə qazandı. Finalda isə rəqib Türkiyə idmançısıdır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail