İdman Azərbaycan və AzTV Azərbaycan xalqını aldadır

14.06.2015 | 36707 dəfə oxunub

"Bakı2015" Avropa Oyunları tam sürətlə davam edir. Tarixdə ilk dəfə keçirilən Avropa Oyunları bütün dünyanın kütləvi media orqanları və televiziyalarında diqqət mərkəzindədir. Avropanın bir sıra öndə gedən idman kanalları Bakıdan saatlarla canlı yayım nümayiş etdirir. Ölkəmizdə də yayım hüququ "Azərbaycan Televiziyası" və "İdman Azərbaycan" kanalındadır. Gündəlik 20 saatdan çox canlı yayımla çıxış edən kanal, bütün idman növləri üzrə fasilələrlə izləyicilərin görüşünə gəlir. Maraqlı məqamlardan biri budur ki, hər iki kanalda istənilən idman növü üzrə yarışlarda Ermənistanı təmsil edən idmançıların çıxışları zamanı reklamlar başlayır. Daha çox yunan-roma güləşi yarışlarında çıxış edən ermənilər, bir neçə dəfə ölkəmizi təmsil edən güləşçilərlə də qarşılaşmalı oldu. 85 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Saman Təhmasibi elə ilk görüşdəcə erməni idmançıya biyabırçı hesabla məğlub oldu. Həsən Əliyev də yarım-finalda erməniyə uduzdu. "İdman Azərbaycan" kanalının şərhçiləri idmançılarımızın rəqibləri müəyyənləşməmişdən əvvəl onlar haqqında məlumatlar verirlər. Lakin erməni idmançılarla görüşlərimiz haqqda heç bir məlumat verilmir. Halbuki Həsən Əliyevin 1/4 final mərhələsindəki görüşü canlı yayımlandı, şərhçi bu barədə məlumatlar verdi. Yarımfinal mərhələsində Həsən Əliyev - Miqran Arturunyan görüşü başlayarkən reklam fasiləsi başladı. Görüşü "Bakı2015"in rəsmi "YouTube" kanalında olan canlı yayımdan izlədik. Həsən Əliyev uduzdu, reklamlar başa çatdı, "Heydər Əliyev adına İdman Konsert kompleksi"ndən canlı yayım davam edir. Lakin Həsən Əliyev haqqda heç bir məlumat yoxdur. Yaxşı, bəs, bayaqdan axı Həsən Əliyev adlı idmançımız yarım finala vəsiqə qazanmışdı? Necə oldu o? Hara getdi? Xoxan apardı? Yoxsa durduğu yerdə yoxa çıxdı, göydən gələnlər qaçırdı? Yəni yayım hüququ olan tv bu qədər acizdi? Bu qədər cılızlığa gedir? Yoxsa yuxarıdan tapşırıq belədir?! Tapşırıq belədirsə bəs Avropa Oyunları sülhün rəmzidir çağırışların kim yedi onda? Bizə erməni idmançının görüşü yox, özümüzünkünün qarşılaşması lazımdır. Qələbəsinə sevindiklərimizlə yanaşı, məğlub olanları da görmək istəyirik. Əl çəkin bu cılız işlərdən. Obyektivliyi qoruyun. Hər kəs internet üzərindən yarışları izləmək imkanına malik deyil. Televiziya vasitəsi ilə səbirsizliklə yarımfinal gözləyən xalq, Həsən Əliyevin yoxa çıxdığına şahidlik etdi. Halbuki, Əliyev mübarizəni erməni idmançısı ilə qarşılaşmada dayandırdı. Dünən, yarışların ikinci günündə Elman Muxtarov yunan-roma güləşi üzrə bürünc medal görüşünə çıxmalı idi. Rəqib erməni güləşçisi Roman Amoyan idi. Görüş başlayarkən yayım kəsildi, yenə internetdən izləməli olduq. İdmançımız Elman Muxtarov rəqibini darmadağın etdi 9-1. Görüş başa çatdı, kanalın efirində həmin görüşün təkrarı yayımlandı. Bu görüşün təkrar olmasını biz bildik. Bəs evində internet olmayanlar necə?! Xalqın hisləriylə oynamayın!

Stadium.Az



  #8   Adınız: Stadium.Az;   E-mail: ---

16.06.2015 23:00

Eli, ermenis enin atandi, anandi, haqqi demek ermenilikdir?
Serefiniz olsun, qeyretiniz olsun, az ozunuzu qoyun yerine
qoyun. Ele bele ede ede haminizi qoyun yerine qoyurlarda

  #7   Adınız: Eli;   E-mail: [email protected]

16.06.2015 22:38

Bu xeberi bura yerlesdirenin mence ermenilernen qohumlugu var. Cunki oz
xalqini seven bele xeber yazmaz.

  #6   Adınız: Stadium.Az;   E-mail: ---

15.06.2015 10:11

Aynur xanim, bizim isimiz duz olani isiqlandirmaqdir. Bizim
ucun siyaset de, miyaset de kecerli deyil. Jurnalist obyektiv
olmalidir. Bu yazini yazan bendenizin de milliyetciliyine
uzadilan dil cox yere deymis dil ola biler ancaq. Siz xanimsiz,
basqa nese yazma qistemirik. Amma evvelce adam olun, etik
qaydalara riayet edin, sonra fikir bildirin!

  #5   Adınız: aynur hasanzade;   E-mail: [email protected]

15.06.2015 07:17

senin kimi ermeni xisletli azerbaycanlilar besdi bize ay admin! bu idmandir! siyaset deyil! o qeder qalibiyyetleri niye saymirsan bes? kul senin kimi azerbaycanlinin bashina.

  #4   Adınız: behruz;   E-mail: [email protected]

15.06.2015 00:27

Duz eleyirlerde. Ne bow bow daniwirsiz. Yox bir helem imkan versinler
duwmen bunu gorub sevinsin? Neye lazimdir. Onsuzda senin kimi bunu
hami bilir ve bawa duwur. Bu weyleri de siz azerbaycanlilardan gizletmirler.
Bunu duwmenlerimizden gizledirler. Tek ermeni deyil ki, duwmen. Onun kimi
o, qeder Azerbaycani istemeyenler var. ele oz icimizde Azerbaycanlilardan
da var. hansilar ki, pul ucun neinki vetenin hetda anasin bacisin da satarlar.
Qisasi meni anlayan duz bawa duwdu. Anlamayana da Allah anlamaq nesib
etsin in wa Allah

  #3   Adınız: Bəhram;   E-mail: [email protected]

14.06.2015 20:22

Elmar, siz irinci Azərbaycan dilində yazmağı öyrənin.

  #2   Adınız: Mavr;   E-mail: ---

14.06.2015 18:32

Nə qədər ki, şərh yazan Elmar kimi qoyunlarımız var, o
müddətdə camaatın başına oyun açan hakimiyyət də, telekanallar
da olacaq. Əvvəlcə insanları ayıltmaq lazımdı.

  #1   Adınız: Elmar;   E-mail: [email protected]

14.06.2015 16:42

mende olsaydim hele ederdim, oz xalqiviza qarwi cixmayin , hindi nece qebul edey bu xebervizi.a. ? Azerbaycan xalqini ermeniye satan kimi? hm? bir duwunun yazin, eyer kanal vermeyibse dimeyi ustu ortulu qalmasini isteyib, acib tokun herweyi, qaldirin xalqi ayaga, qoy girib qalan torpaglarida alsinlar, daha buqederde yoxda, biraz ziyali yazin, herweyi oldugu kimi yazmey olmaz,

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail