Azad Rəhimov: "Bu qədər medal gözləmirdik"

15.06.2015 | 3537 dəfə oxunub

Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Bakı-2015 I Avropa Oyunlarının mükafatçıları ilə bu gün görüş keçirilib. 

Gənclər və idman naziri Azad Rəhimov, MOK-un vitse-prezidentləri Çingiz Hüseynzadə, Xəzər İsayev, baş katibi Ağacan Abıyev, Güləş Federasiyasının vitse-prezidenti Namiq Abdullayevin iştirak etdiyi görüşdə Avropa Oyunlarının III günündə, iyunun 14-də qalib olan idmançılar iştirak ediblər.

MOK rəsmiləri qızıl mükafatçılar Elvin Mürsəliyev (yunan-Roma güləşi, 75 kq) və Ayxan Mamayev (karatenin kumite növü, 84 kq), bürünc mükafatçılar Həsən Əliyev (yunan-Roma güləşi, 66 kq), İrina Zaretska (karatenin kumite növü, 68 kq) və Rostislav Pevtsovu (triatlon) mükafatlandırıblar.

MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə mükafatçıları təbrik edib. Sonra çıxış edən Gənclər və idman naziri Azad Rəhimov Azərbaycan idmançılarının indiyə qədər göstərdikləri nəticələrdən məmnun qaldığını bildirərək hisslərini onlarla bölüşüb: 

"Şadam ki, idmançılarımız böyük nailiyyətlər əldə edirlər. Açığı, biz bu qədər qızıl medal gözləmirdik. Triatlon yarışını qeyd etmək istərdim. Bu idman növü bizdə o qədər də populyar deyil. Buna baxmayaraq, idmançımızın bürünc medal qazanması sevindirici haldır. Hazırda komanda hesabında birinci yerdəyik. Düzdür, gələcəkdə lider dəyişə bilər. Amma 4 gündən sonra birinci yerdə qalmağımız böyük nəticə deməkdir. Yüksək vəzifəli qonaqlarımız artıq ölkəmizi tərk ediblər. Hamısı təşkilatçılıqdan razılıq bildirdilər, belə təşkilatçılıq gözləmədiklərini dedilər. Onların bu cür açıqlamalarına sevinirik. Biz göstərdik ki, Azərbaycan idman ölkəsidir, böyük tədbirlər qəbul etməyə hazırdır. İdmançılarımızdan bu gün və sabah da medallar gözləyirik. Komanda bir ürək kimi döyünür. Medalçılarımızı bir daha təbrik edirəm, qarşıdakı günlərdə yarışacaq idmançılara uğurlar arzulayıram”.

Sonra medalçılar xüsusi şərəf lövhəsinə imza atıblar. Onlara hədiyyələr təqdim olunub, medalçıların şərəfinə tort kəsilib (Trend.az).



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Самые прочитанные новости
Последние новости

24.09.2019

05.08.2019

24.12.2014

12.01.2013

11.01.2013

10.01.2013

09.01.2013

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail