BAKI-215: Taekvando millimizdən bürünc medal

16.06.2015 | 5226 dəfə oxunub

Bu gün Bakı-2015 Avropa Oyunlarında taekvondoçuların mübarizəsinə start verilib. Stadium.az xəbər verir ki, ilk yarış günündə 2 çəki dərəcəsində mükafatçıların adına aydınlıq gəlib.

Hər 2 çəki dərəcəsində təmsil olunan Azərbaycan millisi günə uğurla başlayıb. Yığmamızın perspektivli taekvondoçularından Patimat Abakarova bürünc medal qazanıb, Məhəmməd Məmmədov Oyunları 5-ci yerdə bitirib.

Taekvondo

Kişilər

58 kq

Bu çəkidə ölkəmizin idman şərəfini Məhəmməd Məmmədov qoruyub. Gənclər arasında Avropa çempionu ilk görüşündə israilli Gili Haimovitslə gücünü yoxlayıb. Yeniyetmələrin dünya birinciliyinin gümüş medalçısı rəqibinə çətin anlar yaşadaraq, layiqli qələbə qazanıb.

Haimovitsə 7:4 hesabı ilə qalib gələn həmyerlimiz 1/4 finalda ispaniyalı Xesus Tortosa Qabrera ilə qüvvəsini sınayıb. Qarşılıqlı hücumlar şəraitində keçən döyüş rəqibin qələbəsi ilə başa çatıb. 2014-cü ildə Bakıda Avropa çempionatının bürünc medalını qazanan Qabrera 8:3 hesabı ilə qalib gələrək, yarımfinala yüksəlib.

İspan taekvondoçu finala yüksəldiyindən Məmmədov təsəlliverici görüşə qatılıb. Həmyerlimiz 1/4 finaldakı məğlubiyyətin revanşını İlya Kokşintsevdən (Belarus) alıb. Rəqibinə 15:3 hesabı ilə qalib gələn Məmmədov 3-cü yer uğrunda qarşılaşmada Muhamed Ketbi Si (Belçika) qüvvəsini sınayıb. Hesabı idmançımız açsa da, döyüş heç-heçə bitib – 4:4. Bu səbəbdən qalib qızıl xalla müəyyənləşib. İlk zərbə isə rəqibdən gəldiyindən Məmmədov yarışı 5-ci yerdə bitirib.

Qadınlar

49 kq

Qadınlardan ibarət yığmamızın heyətində Oyunlara Patimat Abakarova start verib. İslam Həmrəyliyi Oyunlarının mükafatçısı rusiyalı Aleksandra Liçaqina ilə münasibətinə aydınlıq gətirib. Görüşə uğurla başlayan idmançımız sona kimi üstünlüyünü qoruyub və döyüşü inamlı qələbə ilə başa vurub – 7:1.

O, 1/4 finalda İoanna Kuotsou (Yunanıstan) ilə qarşılaşıb. Görüş taekvondoçumuzun qələbəsi ilə başa çatıb. 20 yaşlı idmançımız özündən 8 yaş böyük olan Avropa çempionunu 4:2 hesabı ilə məğlub edib.

Patimat finala gedən yolda serbiyalı Tiyana Boqdanoçivlə gücünü yoxlayıb. Taekvondoçumuz üçün hər şey yaxşı başlayıb. Abakarova hətta 5:1 hesabı ilə önə də keçib. Lakin görüş 6:6 hesabı ilə başa çatdığından qalib qızıl xalla müəyyənləşib. Həlledici məqamda isə hücuma keçən idmançımız gözlənilmədən zərbə buraxıb – 6:7. Bu isə onun finala çıxmasına mane olub.

Patimat bürünc medal uğrunda çıxışını davam etdirib. O, Erika Nikoli (İtaliya) ilə qarşılaşıb və rəqibinə çətin anlar yaşadıb. Sonadək inamla döyüşən təmsilçimiz vaxtından əvvəl qələbə qazanıb - 13:0. Bu medalla taekvondo yığmamız ilk "bürünc"ünü, ümumilikdə isə Azərbaycan yığması 19-cu medalına sahib çıxıb.

Taekvondo yarışları 4 gün keçiriləcək və hər gün 2 dəst medal öz sahibini tapacaq.  

Tijana Bogdanovic of Serbia (blue) and Patimat Abakarova of Azerbaijan (red) of France compete in the Women's Taekwondo -49kg semi final during day four of the #Baku2015 #EuropeanGames at Crystal Hall on June 16, 2015 in Baku, Azerbaijan.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail