"Neftçi İdman Klubu"nun daha bir idmançıxı ölkəmizə qızıl medal qazandırdı

17.06.2015 | 3047 dəfə oxunub

Taekvondoçu Ayxan Tağızadə finalda polşalı Karol Robakla üz-üzə gəlib. Stadium.az xəbər verir ki, görüş taekvondoçumuz üçün yaxşı başlamasa da, uğurla yekunlaşıb. 19 yaşlı idmançımız 2 xal geri (1:3) düşdükdən sonra 5 xal irəli keçib. Lakin o üstünlüyünü qoruya bilməyib və rəqib status-kvonu bərpa edib. Qalib qızıl xalla müəyyənləşib ki, burada da Tağızadə dəqiq olub – 10:9. O, bununla da inamlı qələbə sayəsində taekvondo komandamıza qızıl medal qazandırıb.
Bu yığmamızın 11-ci "qızıl”ı, ümumilikdə isə komandamızın 23-cü mükafatı olub.
Təmsilçimiz Ayxan Tağızadə yarışa ilkin mərhələdən başlayıb. Sloveniyalı Yure Pantarla döyüşən həmyerlimiz rəqibinə heç bir şans verməyib - 11:3. Ayxan 1/4 finalda London-2012-nin qalibi, ikiqat dünya və ikiqat Avropa çempionu Xoel Qonzales Bonilla (İspaniya) ilə üz-üzə gəlib. 19 yaşlı idmançımız təcrübəli rəqib qarşısında layiqli mübarizə aparıb. Hücumda dəqiq, müdafiədə diqqətli olan Tağızadə 7:5 hesabı ilə qalib gələrək, yarımfinalda iştirak hüququ qazanıb.
"Neftçi İdman Klubu"nun üzvü finala gedən yolda Aleksey Denisenko ilə döyüşüb. Tağızadə əvvəlki qarşılaşmalarında olduğu kimi bu dəfə də inamlı təsir bağışlayıb. Həmyerlimiz rəqibinin Avropa və dünya çempionatının, həmçinin Olimpiya Oyunlarının mükafatçısı olmasına baxmayaraq, çəkinmədən mübarizə aparıb və onu üstələyib - 7:5.

İlk Avropa oyunlarının qızıl medalına sahib olan Ayxan Tağızadə Sadıq Sadıqovunrəhbəri olduğu "Neftçi İdman Klubu"nun taekvondoçusudur.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail