Millimizdən daha iki medal YENİLƏNİB

18.06.2015 | 4671 dəfə oxunub

Taekvando yarışları davam edir.

Stadium.az xəbər verir ki, yığmamızın üzvləri bu gün də mübarizə aparacaq.

Beiqi Harçeqani 80kq çəki dərəcəsində ilk görüşünü Serbiya idmançısına qarşı keirib və qalib gəlib. O, 1/4 finala vəsiqə qazanıb. Harçeqani bu mərhələdə Böyük Britaniya idmançısı ilə qarşılaşıb. Rəqibini 17-5 hesabı ilə məğlub edərək yarımfinala yüksəldi. Harçeqani yarımfinalda portuqaliyalı idmançını məğlub edərək finala vəsiqə qazandı.

Qadınların mübarizəsində Fəridə Əzizova ilk görüşdə hollandiyadan olan idmançını məğlub etdi 2-0. Əzizova türk idmançısı Nur Tatarı məğlub edərək yarımfinala vəsiqə qazandı. O, 67kq çəki dərəcəsində yarımfinalda keçirilən görüşdə isveç idmançısını məğlub edərək finala vəsiqə qazandl.

Taekvondo

Kişilər

80 kq

Bu çəki dərəcəsində yığmamızı təmsil edən Milad Beiqi Harçeqani ilkin mərhələdən yarışa qoşulub. O, ilk cəhdində serbiyalı Damir Feyziçlə üz-üzə gəlib. Taekvondoçumuz rəqibi üzərində inamlı qələbə qazanıb – 12:0. Milad 1/4 finalda da özünü yaxşı tərəfdən göstərib. Böyük britaniyalı Muhammed Lutalo ilə üz-üzə gələn təmsilçimiz bu döyüşü də vaxtından əvvəl xeyrinə bitirib (17:5).

Harçeqani yarımfinalda portuqaliyalı Julio Ferreyra qüvvəsini sınayıb. İdmançımız bu rəqibindən də güclü olduğunu sübuta yetirib. Ferreyraya 6:2 hesabı ilə qalib gələn Milad bu gün finala yüksələn ikinci taekvondoçumuz olub. O, həlledici döyüşdə rusiyalı Albert Quanla qarşılaşıb və Oyunları titulla başa vurub. Rəqibinə 9:4 hesabı ilə qalib gələn taekvondoçumuz çempion adına layiq görülüb.


Bu, yığmamızın qazandığı 12 qızıl, ümumilikdə isə 29-cu medal olub.

Qadınlar

67 kq

Gənclər arasında dünya çempionumuz Fəridə Əzizova ilk döyüşünü Yoyse Van Baarinə qarşı keçirib. İlkin mərhələyə təsadüf edən qarşılaşma həmyerlimizin qələbəsi ilə yekunlaşıb. Əzizova rəqibini 2:0 hesabı ilə məğlub edib. Taekvondoçumuz 1/4 finalda türkiyəli Nur Tatarla döyüşüb. O, görüşün startında hesabda geri düşsə də, inamlı döyüş sayəsində qarşılaşmanın ssenarisini dəyişə bilib. Nəticədə Avropa çempionuna 6:2 hesabı ilə qalib gələn Əzizova yarımfinala vəsiqə qazanıb.

O, finala gedən yolda isveçli Elin Yohanssonla üz-üzə gəlib. Əzizova bu qarşılaşmada da uğurlu seriyasını davam etdirib. Bu dəfə rəqibini 4:2 hesabı ilə məğlub edən Fəridə finala yüksəlib. Taekvondoçumuz çempionluq üçün Anastasiya Barişnikova (Rusiya) ilə mübarizə aparıb. Görüş həmyerlimizin minimal hesablı məğlubiyyəti ilə başa çatıb – 5:6. Əzizova gümüş medalla kifayətlənib.

Bu, komandamızın aktivinə yazılan 28-ci mükafat olub 

Qeyd edək ki, taekvondo yarışlarının ilk 2 günündə yığmamızın heyətində Ayxan Tağızadə (68 kq) qızıl, Patimat Abakarova (49 kq) bürünc medal qazanıb.

Sabah keçiriləcək daha 2 çəki dərəcəsi ilə taekvondo yarışlarına yekun vurulacaq. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail