Prezident ağlayan idmançımıza zəng edib - TƏFƏRRÜATLARI VİDEO

20.06.2015 | 3483 dəfə oxunub

Avropa Oyunlarında iştirak edən idmançılarımızdan biri məğlub olur və medal qazanmaq şansını itirir. Bu isə ona pis təsir edir və elə tatamidə ağlamağa başlayır.

Prezident İlham Əliyev bu mənzərəni görür və həmin idmançıya zəng edərək ona ürək-dirək verir. Prezidentlə həmin idmançı arasında baş tutan dialoqun təfərrüatlarını isə süjetimizdən izləyin.

Bu gənc belçikalı rəqibi Muhammed Ketbi Si ilə bürünc medal uğrunda döyüşərək məğlub olub. Ancaq döyüşdən sonrakı davranışı ilə bütün azarkeşlərin və tamaşaçıların diqqətini özünə cəlb edib.

Taekvondo üzrə döyüşən Məhəmməd Məmmədov məğlubiyyətini soyuqqanlı qəbul edə bilmir. 17 yaşlı gənc elə tatamidə hönkürə-hönkürə ağlamağa başlayır. Hətta rəqibi onu sakitləşdirməyə çalışsa da, Məhəmməd medal qazana bilmədiyindən özünə gələ bilmir.

Lakin gəncin kədəri çox çəkmir. Döyüşdən dərhal sonra onu həvəsləndirən bir hadisə baş verir. Prezident İlham Əliyev döyüşü zalda izləməsə də, Məhəmmədə zəng vurur və ona ürək-dirək verir. Məhəmməd deyir ki, dövlət başçısının zəngi onu düşdüyü dərin psixoloji böhrandan çıxarıb (xezerxeber.com).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail