4 ölkə II Avropa Oyunlarına namizəd oldu

25.06.2015 | 2532 dəfə oxunub

"İkinci Avropa Oyunları Qərbi Avropa ölkələrindən birində keçirilməlidir".

Stadium.az xəbər verir ki, bu sözləri “Associated Press” agentliyinə müsahibəsində Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikki bildirib.

AOK prezidenti qeyd edib ki, Oyunların coğrafi yayılması siyasətinə görə növbəti Avropa Oyunları qitənin qədim hissəsi – Qərbi Avropada keçirilməlidir. P.Hikki 4 ölkənin 2019–cu ildəikinci Avropa Oyunlarına ev sahibliyi etmək üçün namizədliklərini irəli sürdüyünü bildirib. Ölkələrin adlarını hələlik gizli saxlayan AOK prezidenti onlardan ikisinin Niderlandın ikinci Avropa Oyunlarına ev sahibliyindən imtina etməsindən sonra müraciət etdiklərini vurğulayıb. P.Hikki deyib ki, növbəti Oyunların keçiriləcəyi şəhərlə bağlı qərar ilin sonunadək qəbul olunacaq.

“Biz hazırlıqlar üçün həmin ölkəyə vaxt vermək baxımından tez qərar qəbul etməliyik”, - deyə AOK prezidenti qeyd edib. O deyib ki, növbəti Oyunlara bəzi idman növlərinin əlavə edilməsi və yarışların daha da təkmilləşdirilməsi barədə müzakirələr də aparılacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail