Daha 4 boksçumuz finalda

26.06.2015 | 2539 dəfə oxunub

Boks yarışları davam edir.

Stadium.az xəbər verir ki, ölkəmizi boks yarışlarında təmsil edən idmançılarımız bu gün də rinqə çıxıb. Daha 4 boksçumuz isə ilk dəfə keçirilən Avropa Oyunlarının final mərhələsinə yüksəlib.

Kişilər
52 kq
Boks yığmamıza 2-ci qızıl medalı Elvin Məmişzadə qazandıra bilər. 23 yaşlı idmançımız həlledici döyüşdə özündən 8 yaş böyük olan italiyalı Vinçentso Pikardi ilə üz-üzə gələcək. Final qarşılaşması saat 18:45-ə təsadüf edəcək.
 
60 kq
Təcrübəli boksçumuz Albert Səlimov yarımfinalda gənc rəqibi Şon Makkombu (İrlandiya) sınağa çəkib. Bundan öncə 2 rəqibini mübarizədən kənarlaşdıran idmançımız finala gedən yolun son görüşündə də qələbə seriyasını davam etdirib. O, layiqli döyüş sayəsində 3:0 (29:28; 30:27; 29:28) hesabı ilə qalib gəlib və finalda iştirak hüququ qazanıb. Rio-de-Janeyro Olimpiadasına lisenziyanı təmin edən Səlimov həlledici görüşdə Sofian Umia (Fransa) ilə qüvvəsini sınayacaq. Final döyüşü sabah saat 18:15-də start götürəcək.

64 kq
Finala qədər döyüşdüyü 4 rəqibini də böyük hesabla üstələyən Kollaso Sotomayoru həlledici görüşdə güclü rəqib gözləyir. O, London-2012-nin bürünc medalçısı olan italyan Vinçensto Manyakapre ilə qüvvəsini sınayacaq. Həlledici döyüş saat 19:15-də baş tutacaq.

69 kq
Daha bir qızıl medal ümidimiz Pərviz Bağırov da finala vəsiqə üçün döyüşüb. Onun yarımfinaldakı rəqibi böyük britaniyalı Coş Kelli olub. Avropa çempionumuz bu dueldən də qalib ayrılıb. Rəqibinə heç bir şans verməyərək, 3:0 (29:28; 30:27; 30:27) hesabı ilə qələbə qazanan Bağırov finala vəsiqəni təmin edib. Həmyerlimiz çempionluq üçün rusiyalı Aleksandr Besputinlə üz-üzə gələcək. Bu döyüş sabah saat 18:45-də olacaq.

75 kq
Millimizin aparıcı üzvlərindən Xaybula Musalov saat 14:15-də yarımfinal görüşünə çıxacaq. Boksçumuz Macarıstan təmsilçisi Zoltan Harça ilə münasibətlərinə aydınlıq gətirib. Rəqibini 2:1 (29:28; 29:28; 27:30) hesabı ilə məğlub edən Musalov da finala yüksəlib. O sabah saat 19:15-ə təsadüf edəcək həlledici görüşdə Maykl Oreylli (İrlandiya) ilə gücünü yoxlayacaq.
 
91 kq
Azərbaycanın daha bir təmsilçisi Abdulqadir Abdullayev də bu gün finala vəsiqə qazanmağa çalışacaq. O, çempionluq yoluna davam etmək üçün rusiyalı Sadam Maqomedovlə döyüşüb. Rəqibi üzərində 3:0 hesablı (29:28, 29:28, 29:28) qələbə qazanan Abdullayev finala vəsiqə əldə edib. O, həlledici görüşdə Ukraynanı təmsil edən Gevorq Manukyanla döyüşəcək. Bu görüş sabah saat 19:45-də başlayacaq.
 
Qadınlar
57-60 kq
Bu çəkidə inamla irəliləyən Yana Alekseyevna yarımfinalda olduqca çətin rəqiblə qarşılaşıb. Təmsilçimiz Olimpiya çempionu, 4 dəfə dünya və 5 dəfə Avropa çempionatının qalibi Keti Teylorla (İrlandiya) döyüşüb. Gərgin keçən qarşılaşma daha təcrübəli rəqibin çətin qələbəsi ilə yekunlaşıb. Bakı-2015-in beynəlxalq idman elçisi olan irlandiyalı boksçu 2:1 hesabı ilə qalib gəlib. Alekseyevna yarımfinalda mübarizəni dayandırdığından bürünc medalla kifayətlənib. Bu, boks komandamızın 5-ci, ümumilikdə Azərbaycan millisinin 47-ci mükafatı olub.

Qeyd edək ki, dünən 81 kq çəki dərəcəsində Teymur Məmmədovun qızıl, 56 kq-da Tayfur Əliyevin bürünc medal qazandığı bəlli olub. Həmçinin türkiyəli Ali Dəmirəzənlə görüşdə ciddi zədə alan Azərbaycanı təmsil edən ağır çəkili boksçu Məhəmmədrəsul Məcidov dünən rusiyalı Həsən Hümbətovla görüşə çıxmadığı üçün bürünc medalla kifayətlənib.

Bundan başqa, qadınlarda 51-54 kq çəki dərəcəsində Anna Əlimərdanova da Yana Alekseyevna kimi bürünc medal qazanıb. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail